Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezidentdən daha 3 ölkəyə səfir təyinatı

Prezidentdən daha 3 ölkəyə səfir təyinatı

Date: 12 January 2016 18:39

Prezident İlham Əliyev Estoniya Respublikasına yeni fövqəladə və səlahiyyətli səfir təyin edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Prezidentin digər sərəncamları ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın İtaliya Respublikasında, Daşqın Məzi oğlu Şikarov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 

 


Tags:  Prezidentdən ölkəyə səfir təyinatı

RƏYLƏR


Top news