Mətanətin oğlu müğənniliyə başlayır? - "Duet oxuyacağıq"

Mətanətin oğlu müğənniliyə başlayır? - "Duet oxuyacağıq"
18:39 12 Yanvar 2016
139 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimlə duet oxumaq niyyətindədir. Lent.az-ın məlumatına görə, “Mənim dünyam” verilişinə qonaq olan ifaçı bildirib ki, oğlunun yaxşı səsi var: “Əslində oğlumun müğənniliyə böyük həvəsi var. Amma mən istəmirəm ki, mən çəkdiyim əziyyətləri o da çəksin. Buna baxmayaraq onunla duet oxumaq niyyətindəyəm. Allah-taala onu ad günümdə dünyaya gətirib. Elə bilirəm ki, eynən özüməm. Düşüncələrimiz birdir. Mənim kefim olanda, onun da kefi olur. Kefim olmayanda, onun da kefi olmur. Qəribədir, qızımın səsi yoxdur, amma oğlumun var. Burda nəsə hikmət var. Hələ nəvələrimin səsinin olub-olmadığını bilmirəm. Bəlkə yeni doğulan üçüncü nəvəm Mətanətin səsi olacaq”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR