Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xəzərin Türkmənistan sektorunda tapılmış neftçinin meyiti Vətənə gətirilib

Xəzərin Türkmənistan sektorunda tapılmış neftçinin meyiti Vətənə gətirilib

Xəzərdə daha bir neftçinin cəsədi tapıldı (15 Mart 2017 14:37)
Goranboyda 35 yaşlı kişi meyiti tapılıb (13 Mart 2017 15:52)
Xəzərdə daha bir neftçinin meyiti tapıldı (06 Mart 2017 10:57)

Tarix: 12 Yanvar 2016 18:48

Bakı. Trend:

Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçinin meyiti Vətənə gətirilib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Xəzər dənizinin Türkmənistan sektorunda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçi Qasımov Mübariz Dilqəm oğlunun meyiti aşkar edilib.

Bu gün cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi axşam saatlarında geri qayıdıb. Neftçi Qasımov Mübariz Dilqəm oğlunun nəşi Vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Xəzərin Türkmənistan sektorunda tapılmış neftçinin meyiti Vətənə gətirilib



RƏYLƏR


Top xəbərlər