Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Sberbank”: neftin qiymətinin 25 dollaradək ucuzlaşması ciddi problemlər yaradacaq

“Sberbank”: neftin qiymətinin 25 dollaradək ucuzlaşması ciddi problemlər yaradacaq

Date: 12 January 2016 18:48


Bakı, 12 yanvar, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın ən böyük bankı “Sberbank” (“Сбербанк”) neftin barrel qiymətinin 25 dollaradək ucuzlaşacağı təqdirdə ciddi problemlərin yaşanacağı qənaətindədir.
AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, “Sberbank”ın rəhbəri German Gref bankın neftin barrel qiymətinin 25 dollara düşmə ssenarisini testdən keçirməyə başladığını bildirib. G.Gref deyib: “Əgər neftin barrel qiyməti 25 dollaradək ucuzlaşarsa və 6 ay həmin səviyyələrdə qalarsa bu vəziyyət ciddi problemlər yaradacaq”.
Qeyd edək ki, hazırda Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir bareli 31,51 dollara, “Brent”in barreli isə Londonun İCE birjasında 31,76 dollara satılır.
 

Tags:  Sberbank neftin qiymətinin 25 dollaradək ucuzlaşması ciddi problemlər yaradacaq


RƏYLƏR


Top news