Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

AMEA-nın əməkdaşı “Braille Pad” layihəsini ABŞ-da təqdim edib

AMEA-nın əməkdaşı “Braille Pad” layihəsini ABŞ-da təqdim edib

Date: 12 January 2016 18:53


Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işlər idarəsinin əməkdaşı Rəşid Əliyev ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərinin icra hakimiyyəti və “Arch Grants” təşkilatının birgə dəstəyi ilə keçirilən qrant müsabiqəsində müəllifi olduğu “Braille Pad” layihəsi ilə iştirak edib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, azərbaycanlı alim münsiflər heyəti qarşısında layihəsini müvəffəqiyyətlə təqdim edib.
R.Əliyev, həmçinin Sent-Luis şəhərindəki Vaşinqton Universitetinin, Missuri Elm və Texnologiyalar Universitetinin müəllimləri ilə görüşdə iştirak edib, layihə ilə bağlı müzakirələrdə səsləndirilən fikir və təklifləri dinləyib.
Görüşdə AMEA ilə yerli universitetlər arasında əməkdaşlıq etmək üçün müvafiq imkanlar və potensial sahələr araşdırılıb.
AMEA-nın əməkdaşı Nyu-York Universitetində də “Braille Pad” layihəsini təqdim edib.
R.Əliyevin gözdən əlillər üçün planşet layihəsi olan “Braille Pad” artıq beynəlxalq investorların diqqətini cəlb edir.

Tags:  AMEA-nın əməkdaşı Braille Pad layihəsini ABŞ-da təqdim edib



RƏYLƏR


Top news