Neftçinin meyiti Vətənə gətirildi

Neftçinin meyiti Vətənə gətirildi
19:05 12 Yanvar 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçinin meyiti Vətənə gətirilib.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Xəzər dənizinin Türkmənistan sektorunda "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçi Qasımov Mübariz Dilqəm oğlunun meyiti aşkar edilib.

Bu gün cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi axşam saatlarında geri qayıdıb. Neftçi Qasımov Mübariz Dilqəm oğlunun nəşi Vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR