"Ölüm xəbərini eşitdim, özümü pis hiss etdim"

"Ölüm xəbərini eşitdim, özümü pis hiss etdim"
19:06 12 Yanvar 2016
175 Şou
Ölkə mətbuatı
A- A+

Aşıq Əlinin səhhətində problemlər yaranıb.

Axşam.az aznews.az-a istinadən xəbər verir ki, aşıq səhhətində yaranmış problemlərlə bağlı ölkəni tərk edib və sanatoriyalardan birinə müalicəyə gedib. Zəlimxan Yaqubun ölüm xəbərini eşidən aşığın vəziyyəti bir az da pisləşib:

“Müalicə məqsədi ilə ölkəni tərk etdim. Təyyarədən enərkən Zəlimxan Yaqubun ölüm xəbərini eşitdim. Özümü pis hiss etdim. Bizi dostluq telləri bağlayırdı. Xətrimi çox istəyirdi. Təəssüf edirəm ki, dəfn mərasimində iştirak edə bilmədim. Bu da məni çox üzdü. Sağlığında ondan bir çox tövsiyələr almışam. Mənə düzgün yol göstərirdi. Repertuarımı hər zaman onunla məsləhətləşib, qururdum. Onun yoxluğu poeziya aləminə zərbə oldu. Bu itki bizi çox incidəcək”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44116

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR