Xəzərin Türkmənistan sektorunda tapılmış neftçinin meyiti Azərbaycana gətirilib

Xəzərin Türkmənistan sektorunda tapılmış neftçinin meyiti Azərbaycana gətirilib
19:07 12 Yanvar 2016
39 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçinin meyiti Vətənə gətirilib. Bu barədə “Report”a FHN-dən məlumat verilib.
Belə ki, Xəzər dənizinin Türkmənistan sektorunda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçi Qasımov Mübariz Dilqəm oğlunun meyiti aşkar edilib.
Bu gün cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi axşam saatlarında geri qayıdıb. Neftçi Qasımov Mübariz Dilqəm oğlunun nəşi Vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/xezerin-turkmenistan-sektorunda-tapilmis-neftcinin-meyiti-azerbaycana-getirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR