Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR: Gürcüstana qaz tədarükü ilə bağı ciddi problem yoxdur

SOCAR: Gürcüstana qaz tədarükü ilə bağı ciddi problem yoxdur

Date: 12 January 2016 19:08

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycandan Gürcüstana qaz tədarükü ilə bağlı heç vaxt ciddi problem yaranmayıb. Bunu Trend-ə "SOCAR Energy Georgia"nın (SOCAR-ın Gürcüstandakı törəmə müəssisəsi) rəhbəri Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, vaxtaşırı olaraq qaz tədarükünün ümumi həcminə təsir etməyən müxtəlif proseslər baş verir: "Məsələ burasındadır ki, Gürcüstanın ümumi qaz səbətinin hesablanması zamanı ölkənin Rusiyadan tranzitə görə aldığı qaz da nəzərə alınır. Bu, ümumi səbətin 10-15 faizini təşkil edir və Rusiya və Azərbaycan tərəfində hər hansı texniki nasazlıq və ya müəyyən iş prosesləri olarsa, müəyyən korreksiyalar baş verir. Tərəflər 7 ildir bu formada işləyir və tədarüklə bağlı indiyə kimi problem olmayıb".

M.Məmmədov qeyd edib ki, Gürcüstan qazı 3 qaz kəməri vasitəsilə alır: "Birincisi, SOCAR-ın Hacıqabul-Qardabani qaz kəməridir. Bu qaz kəməri üzrə qazın verilmə gücü sutkada 6,5 milyon kubmetrə çatır. İkincisi, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz kəməridir. Gürcüstan bu qaz kəməri ilə qazı "Şahdəniz" yatağından sutkada 3 milyon kubmetr həcmində alır. Rusiyadan daha bir boru kəməri var. Hər 3 boru kəməri ilə qaz balansa və Gürcüstanın tələbatına riayət edilməklə adi rejimdə nəql edilir".

O, əlavə edib ki, Azərbaycan Gürcüstan tərəfi ilə daimi təmasdadır, planlı görüşlər keçirir və əməkdaşlığın istiqamətlərini müzakirə edir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  SOCAR Gürcüstana qaz tədarükü bağı ciddi problem yoxdur


RƏYLƏR


Top news