Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yanvarın 13-də Göy-Göl rayonunun təbii qaz təchizatı məhdudlaşdırılacaq

Yanvarın 13-də Göy-Göl rayonunun təbii qaz təchizatı məhdudlaşdırılacaq

Date: 12 January 2016 19:08


Bakı, 12 yanvar, AZƏRTAC 
Yanvarın 13-də saat 10-dan 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Qaracalar”, “Otuzikilər”, “İmişli”, “İmişli şəkər” və “Əlillər”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Gəncə Körpü Tikinti-2” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Göy-Göl rayonunun Balçılı və Qırxlı kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparılan işlərin İmişli və Saatlı rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.
 

Tags:  Yanvarın 13-də Göy-Göl rayonunun təbii qaz təchizatı məhdudlaşdırılacaq


RƏYLƏR


Top news