Siyəzəndə 3000 quş üzərində qara yellər əsdi

Siyəzəndə 3000 quş üzərində qara yellər əsdi
19:11 12 Yanvar 2016
87 Digər
Ölkə mətbuatı
A- A+

Siyəzənin Qara Siyəzən kənd sakini Babək Musayevin şəxsi təsərrüfatındakı 3000 quşun üzərində qara yellər əsib.

Babək Musayev təsərrüfatındakı 1 aylıq cücələrə yoluxucu xəstəliklərə qarşı peyvənd vurmağa başlayıb. Onun sözlərinə görə, dekabrın 28 də 3 cü peyvəndi vurdurandan sonra quşlarda kütləvi qırılma müşahidə olunub. O, bunu dərman preparatlarının keyfiyyətsiz olması ilə izah edir.

"Səbəbi onda görürük ki, ola bilər ki, vaksinlərin tərkibi zəifdi. Saxlama şəraiti düzgün deyil. Ola bilər cücənin geni xəstə olsun. Onu laboratoriya müəyyən edəcək", - deyə quşu qırılan sahibkar Babək Musayev bildirib.

Sahibkarin sözlərinə görə, baytarlıq apteklərində satılan kimyəvi dərmanlara nəzarətin zəif olması məhz belə ölüm hallarına şərait yaradıb.

"Bu quş da mənə hardasa indiki qiymətlə gəlir - 3 man 10 qəpiyə. Yemin kilosunu isə 80 qəpiyə alıram. İndiyə qədər mənə 5 minə yaxın ziyan dəyib", - deyə Babək Musayev qeyd edib.

Müraciətimiz əsasında Siyəzən baytarlıq idarəsinin əməkdaşları da Qara Siyəzən kənd sakini Babək Musayevin həyətini dezinfeksiya etdilər. İdarənin baytar həkimi Nofəl Əlixanovun dediyinə görə, quşların kütləvi ölümü laborator müayinənin cavabından sonra məlum olacaq









2min ölü quş yandırılaraq basdırıldı.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=369519

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR