Ailəli milyonçuya ərə getdi, qaçdı - FOTO

Ailəli milyonçuya ərə getdi, qaçdı - FOTO
19:17 12 Yanvar 2016
925 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türk aktrisa Ceren Hindistan ailəli iş adamı, milyonçu Ümit Aslanla imam nikahı ilə, yəni qeyri-rəsmi şəkildə izdivacda yaşayırdı. Həmin nikahda Ceren qız da doğmuş, Ümit Aslanın işləri ilə bağlı olaraq Antalyada yaşama başlamışdı.

Milli.Az AHT-yə istinadən bildirir ki, indisə Cerenin qeyri-rəsmi ərindən ayrılıdığı, daha doğrusu, ondan qaçdığı deyilir.

Aktrisanın rəfiqələrinin dediyinə görə, Cerenin səbr kasasını daşdıran məqam onun Ümit Aslanın arvadı yox, məşuqəsi sayılması olub.

Antalyadan İstanbula qayıtmazdan əvvəl Ceren Hindistan ərinin avtomobil dükanlarından birinə yollanıb, "Bentley" markalı avtomobili sınıq-salxaq vəziyyətə salıb, iki "Ferrari" və bir "Jeep"ə də ciddi zərər verib.

Hazırda İstanbulun Ataşehir səmtindəki mənzilində yaşayan Ceren Hindistan qızını Ümit Aslana göstərmir.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR