Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev: TANAP layihəsinin bütün iştirakçıları böyük siyasi və iqtisadi dividend əldə edəcəklər

Prezident İlham Əliyev: TANAP layihəsinin bütün iştirakçıları böyük siyasi və iqtisadi dividend əldə edəcəklər

Prezident İlham Əliyev Portuqaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (26 Mart 2017 15:45)
"TANAP-ın tikintisi 70% yekunlaşıb" (24 Mart 2017 16:28)
"TANAP-ın tikintisi 70% yekunlaşıb" (24 Mart 2017 16:05)

Tarix: 12 Yanvar 2016 19:23


Bakı, 12 yanvar, AZƏRTAC
Keçən il Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsinin inşası başlanmışdır. Bu, ölkəmiz, region və ümumiyyətlə, Avropa üçün çox əhəmiyyətli layihədir, strateji əhəmiyyət daşıyan bir layihədir. Bu layihə bizə imkan verəcək ki, zəngin qaz resurslarımızı dünya bazarlarına çıxaraq. Avropa isə alternativ qaz mənbəyi əldə edəcək. Tranzit ölkələr, - eyni zamanda, onlar istehlakçı ölkələrdir, - bundan böyük mənfəət götürəcəklər. Yəni, bu layihənin bütün iştirakçıları böyük siyasi və iqtisadi dividend əldə edəcəklər.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Dövlətimizin başçısı bildirib ki, bu layihənin təşəbbüskarı Azərbaycandır. Əsas iqtisadi yük bizim üzərimizə düşür və biz bu layihəni icra etməyə tərəfdaş ölkələrlə başlamışıq. Keçən il Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməl daşı qoyulub və işlər uğurla davam etdirilir. Bu il artıq kəmərin inşası başlayır.
 

Teqlər:  Prezident İlham Əliyev TANAP layihəsinin bütün iştirakçıları böyük siyasi iqtisadi dividend əldə edəcəklər



RƏYLƏR


Top xəbərlər