Aksizli malların plastik kartlarla satışı dayandırılıb

Aksizli malların plastik kartlarla satışı dayandırılıb
19:23 12 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 12-dən aksizli malların plastik kartlarla satışı dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, aksizli malların nağd qaydada satışı üçün heç bir problem olmayacaq: “Azərbaycanda bu işləri həyata keçirmək üçün kifayət qədər POS-terminal var. Yəni, ticarət, ictimai iaşə müəssisələrində 86 mindən artıq POS-terminal quraşdırılıb və ehtiyac olarsa, əlavə yeni POS-terminalların quraşdırılması üçün hər cür imkanlarımız var. Amma sadəcə olaraq insanlar buna alışmalıdırlar”.
Nazir müavini əlavə edib ki, qaydaların tətbiqinin dayandırılması həm istehsalçılar, həm də pərakəndə və topdan satışla məşğul olan ticarətçilərə sənədləşdirmə işlərini başa çatdırmağa imkan verəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aksizli_mallarin_plastik_kartlarla_satisi_dayandirilib-917875

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR