Qana boyanan Sultanəhməd meydanından REPORTAJ

Qana boyanan Sultanəhməd meydanından REPORTAJ
19:24 12 Yanvar 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Yanvarın 12-də yerli vaxtla saat 10:15-də İstanbulun tarixi Sultanəhməd meydanındakı Alman çeşməsinin arxa tərəfində terrorçu kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

 

APA-nın Türkiyə müxbirinin hadisə yerində təhlükəsizlik qüvvələrindən əldə etdiyi məlumata görə, terror hadisəsində Almaniyadan gəlmiş turist qrupu hədəfə alınıb. 20 nəfərlik qrupun İstanbula gəldikdən sonra terrorçular tərəfindən izlənildiyi güman olunur. Sultanəhməd tramvay stansiyasındakı “Hilal” bufetinin işçisi Xəlil İbrahim Pəltək APA-ya açıqlamasında saat 10.15-də şiddətli partlayış baş verdiyini bildirib: “Üç dəqiqədə polislər hadisə yerini mühasirəyə aldılar, təcili yardım maşınları yaralıları xəstəxanalara daşımağa başladılar. Mən o anda ölü və yaralı sayını müəyyənləşdirə bilməzdim, sonradan öyrəndim ki, 10 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Bu hadisə bölgəyə turistlərin gəlişində azalmaya səbəb olacaq və işlərimizə mənfi təsir edəcək. Burada belə bir terror hadisəsi olacağını gözləmirdik, ancaq terrorun nə vaxt və harada bizi vuracağını bilməyimiz mümkün deyil”.

 

Məhkəmə qərarı ilə Sultanəhməd meydanında baş vermiş terror aksiyası ilə bağlı yerli mediaya yayım qadağası qoyulub. Xarici mediaya yayım yasağı qoyulmadığına görə hadisə yerində olan çoxlu sayda əcnəbi media mənsubu hadisənin təfərrüatlarını canlı yayımda işıqlandırmağa çalışır. Terror aksiyasının baş verdiyi bölgə polis tərəfindən tam mühasirəyə alınıb. İki polis əməkdaşı Alman çeşməsinin önündəki dirəyin üstündə yerləşdirilmiş təhlükəsizlik kamerasının qeydlərini yerində analiz edir. Əcnəbi turistlərin ən çox getdiyi yer olan Sultanəhməd meydanı və ətrafına terror aksiyasından sonra yerli sakinlərin və turistlərin yaxınlaşmadığı müşahidə edilir. Bölgədən keçən tramvaylar isə qrafikə uyğun şəkildə çalışmaqdadır.

 

Təhlükəsizlik mənbələrindən bildirilib ki, hadisə yerində dəlil toplayan mütəxəssislərin öz işlərini tamamlamasından sonra bölgə daha bir müddət qapalı zona olacaq və oraya heç kim buraxılmayacaq.

 

Sultanəhməddəki terror aksiyasını APA-ya şərh edən Türkiyənin tanınmış terror və təhlükəsizlik mütəxəssisi, “Milliyet” qəzetinin köşə yazarı, NTV telekanalının şərhçisi Nihat Əli Özcan bildirib ki, bu, Türkiyə üçün sürpriz bir hadisə deyil: “Çünki Türkiyənin istər daxilində, istərsə də xaricində cərəyan edən proseslər ölkəmizdə terror hadisələri həyata keçirilməsinə zəmin hazırlayır. Bugünkü hadisəni İŞİD törədib. Bu, onu göstərir ki, Türkiyə bundan sonra müxtəlif terror təşkilatlarına qarşı mübarizədə son dərəcə diqqətli taktika və strategiyalar hazırlamalıdır”.

 

APA-nın “Bugünkü hadisəni İŞİD-in törətdiyini deyirsiniz. Belə çıxır ki, keçən il 20 iyulda Suruçda başlayan terror aksiyaları zənciri Ankaradan sonra İstanbula qədər gəldi” - sualına N. Ə. Özcan belə cavab verib: “Kobanidə İŞİD-lə PKK savaşdıqdan sonra İŞİD Türkiyəyə qarşı “səssizlik siyasəti” həyata keçirirdi. Daha sonra Türkiyə ölkəmizdəki İŞİD hücrələrini hədəf aldı, xeyli lideri həbs etdi. İŞİD isə bunun intiqamını həm əcnəbiləri hədəf alaraq, həm də turist bölgələrində terror aksiyaları həyata keçirərək almağa çalışır. Burada almanların hədəf seçilməsi də təsadüfi deyil. Sultanəhməd Türkiyə turizminin qəlbi olan bir yerdir, terror aksiyasının o bölgədə həyata keçirilməsi düşündürücüdür. Ona görə də Türkiyə terrora qarşı bundan sonrakı mübarizəsində heç bir təfərrüatı nəzərdən qaçırmadan son dərəcə diqqətli davranmaq məcburiyyətindədir”. 







RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Namazı bilməyərəkdən vaxtı çıxandan sonra qılsaq, o namaz sayılırmı?

30 Aprel 2017 20:57

Nazarov fərqləndi, komandası qələbə qazandı

30 Aprel 2017 20:57

Uşaqlara veriləcək adlar necə olmalıdır?

30 Aprel 2017 20:52

Səfir: Azərbaycan və Ukrayna rəqabət aparmır, bir-birini tamamlayırlar

30 Aprel 2017 20:50

Türkiyədə terror hazırlayan 6 nəfər tutuldu

30 Aprel 2017 20:49

Şirkətdən oğurluq edən dəstə zərərsizləşdirildi

30 Aprel 2017 20:48

Şəban ayının qızıldan qiymətli 4 əməli

30 Aprel 2017 20:47

İstanbulda 1 may öncəsi əməliyyat

30 Aprel 2017 20:47

Dərinin göbələk xəstəlikləri

30 Aprel 2017 20:42

Suriyaya aviazərbələr

30 Aprel 2017 20:39

Ölən körpəyə dua

30 Aprel 2017 20:37

Məşhur aktrisa doğum günündə sərxoş oldu - FOTO

30 Aprel 2017 20:37

“Bakı Marafonu-2017” - FOTOLAR

30 Aprel 2017 20:33

Realiti-şou ulduzu hamilədir - FOTO

30 Aprel 2017 20:32

Vkontaktın qurucusu Pavel Durovla müsahibə - FOTO

30 Aprel 2017 20:32

Bugatti Veyron haqqında maraqlı faktlar - FOTO

30 Aprel 2017 20:27

Konyunktivit və onun növləri

30 Aprel 2017 20:22

Şiə məzhəbində də cümə namazının qeydsiz-şərtsiz qılmaq gərərkdir?

30 Aprel 2017 20:17

Ukrayna sutka ərzində 1 hərbçisini itirib, 6-sı yaralanıb

30 Aprel 2017 20:17

Infiniti-dən böyük krossover - FOTO

30 Aprel 2017 20:12

Pendir hansı xərçəng növündən qoruyur?

30 Aprel 2017 20:12

Ərdoğandan “Nədən bu qədər populuyarsınız” sualına cavab

30 Aprel 2017 20:05

Tayqerin yeni sevgilisi var - FOTO

30 Aprel 2017 20:05

Yer üzünün ən xoşbəxt və seçilmiş xalqları haqqında DÖRD MÜHÜM SİRR

30 Aprel 2017 20:03

Nəhl surəsinin 63-cü ayəsində Allah nə üçün özünə and içir?

30 Aprel 2017 19:57

DİM: İmtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək

30 Aprel 2017 19:53

Bəqərə surəsi 217-ci ayəsi dindən dönənlərin öldürüləcəyini deyir?

30 Aprel 2017 19:52

Hər gün istifadə etdiyimiz şeyləri görün kimlər YARADIBMIŞ... - FOTOLAR

30 Aprel 2017 19:52

«Bakı Marafonu 2017»dən maraqlı fotolar

30 Aprel 2017 19:50

"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"

30 Aprel 2017 19:48

Azərbaycan futbol yığmasının İslamiada üçün yekun heyəti açıqlanıb

30 Aprel 2017 19:47

Ölüb dirilən uşağın İNANILMAZ NİTQİ: "İsanın ovucunda qırmızı..." - FOTOLAR

30 Aprel 2017 19:47

Tramp 100 illik ənənəni pozub

30 Aprel 2017 19:42

Hər xeyirli meyvə-tərəvəz xeyirli deyil?

30 Aprel 2017 19:42

Özbaşına dərman qəbulu gözə ziyan verə bilər

30 Aprel 2017 19:42

Roma derbisində dramatik sonluq - VİDEO

30 Aprel 2017 19:38

Məşhur alpinist donaraq öldü

30 Aprel 2017 19:37

Şəhərə köçsələr də, kənddən qurtula bilmədilər - FOTO

30 Aprel 2017 19:37

Dəfn mərasimində qadınlar iştirak edə bilər?

30 Aprel 2017 19:37

"Formula-1" üzrə Soçi Qran-Prisinə yekun vurulub

30 Aprel 2017 19:37

Bottas “Formula-1” üzrə Soçi Qran-prisində qalib gəldi

30 Aprel 2017 19:32

Öz məhsullarını vücudu ilə reklam etdi - FOTO

30 Aprel 2017 19:32

Amerikaya turist vizasını necə almaq olar ? – SƏNƏDLƏR

30 Aprel 2017 19:32

Maserati Levante təkmilləşdi - FOTO

30 Aprel 2017 19:27

Rövşən Lənkəranski haqda film çəkiləcək

30 Aprel 2017 19:27

38 yaşlı kişinin meyiti tapıldı

30 Aprel 2017 19:24

6 il 7 ay sonrakı qələbə sevinci

30 Aprel 2017 19:22

Ögeyananın doğma təsiri

30 Aprel 2017 19:22

“Çelsi”dən qələbə, "Mançester Siti” autsayderlə bacarmadı - YENİLƏNİR

30 Aprel 2017 19:17

“Fiorentina” uduzdu, "Milan" səfərdə büdrədi - YENİLƏNİR

30 Aprel 2017 19:17