Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dəm qazından necə qorunmalı? - VİDEO - FOTO

Dəm qazından necə qorunmalı? - VİDEO  - FOTO

Date: 12 January 2016 19:27

Suqızdırıcılarını alarkən diqqətli olun!

Zəhərlənmə hadisələri arasında dəm qazı səbəbindən zəhərlənmə faktlarına daha çox rast gəlinir. Bir çox hallarda qeyri-standard soba və sıqızdırıcılardan istifadə, havalandırma sisteminin olmaması və bu kimi amillər insan həyatına ölümcül təhlükə yaradır. 

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, dəm qazından zəhərlənmə faktlarının araşdırılması göstərir ki, əksər hallarda bu kimi hallara havalandırma sisteminin düzgün qurulmaması səbəb olur. Suqızdırıcılar və sobalardan düzgün istifadə olunmaması, ehtiyatsızılıq və digər amillər də bu sırada əsas yer tutur. Nəticədə çox təhlükəli olan qazların insan orqanizmi tərəfindən qəbul olunması bədbəxt hadisələrə yol açır. Elə son günlər bir çox insanın dəm qazından zəhərlənməsi bu məsələnin aktuallığından xəbər verir. 

Bacaların vaxtında təmizlənməsi, vanna otaqlarında nəfəsliklərin qoyulması, qeyri-standard cihazlar, kustar üsulla hazırlanmış qaz sobaları və suqızdırıcılarından imtina etməklə bu təhlükəni önləmək olar. 

Suqızdırıcıların keyfiyyətinə əmin olmaq üçün satıcıdan həmin avadanlığın sertifikatını tələb etmək məsləhətdir. Bundan əlavə, malın üzərindən yazılmış təhlükəsizliklə bağlı təlimatlara də diqqət yetirmək vacib şərtdir. Eləcə də cihazları quraşdıran ustaların da məsləhətlərinə əməl etmək lazımdır. 

Hazırda bu cihazların satışına təlabat elə də böyük deyil. Satıcıların sözlərinə görə, əvvəllər gün ərzində 3-4 suqızdırıcı satılırdısa, indi ay ərzində bu miqdarda satılır. Bu cihazların qiyməti isə iş qabiliyyətinə görə 90-150 manat arasında dəyişir. 

Milli.Az



Tags:  Dəm qazından qorunmalı VİDEO FOTO


RƏYLƏR


Top news