Meksika öz neftini hasilat xərcindən də ucuz qiymətə satır

Meksika öz neftini hasilat xərcindən də ucuz qiymətə satır
19:33 12 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, Nihad Budaqov, AZƏRTAC
Meksikanın hasil etdiyi xam neftin bir barrelinin qiyməti beynəlxalq bazarlarda 22,07 dollara satılır. Bu o deməkdir ki, Meksika nefti hasilat xərcindən - 23 dollardan da 93 sent ucuz qiymətə bazara çıxarılır.
AZƏRTAC “Financiero” xəbər portalına istinadla xəbər verir ki, bununla da Meksikanın dövlət neft şirkəti “Pemex” hasil etdiyi hər barrel neftə görə 93 sent itirir.
Meksikalı analitiklər isə keçən ilin dekabrında 2014-ilin müvafiq dövrü ilə müqayisədə ölkənin neft gəlirlərinin 38 faiz azaldığını bildiriblər.
Dünyanın ən böyük neft istehsalçılarından biri olan Meksika qlobal bazarda təxminən 3 faizlik paya malikdir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Meksika_oz_neftini_hasilat_xercinden_de_ucuz_qiymete_satir-917882

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR