Daha bir küçənin təmiri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Daha bir küçənin təmiri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
19:33 12 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Bakının Nizami rayonunda Naxçıvanski küçəsinin Bəkir Çobanzadə küçəsindən Qara Qarayev prospekti istiqamətinə doğru olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti yanvarın 13-də səhər saatlarından etibarən tam olaraq məhdudlaşdırılacaq.
“Azəryolservis” ASC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması orada aparılan təmir-tikinti işləri ilə əlaqədardır.
Yaranacaq müvəqqəti narahatlığa görə “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Daha_bir_kuchenin_temiri_ile_elaqedar_neqliyyat_vasitelerinin_hereketi_mehdudlasdirilacaq-917881

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR