Xalq artistiə ayrılan ev ona hələ də verilməyib

Xalq artistiə ayrılan ev ona hələ də verilməyib
19:37 12 Yanvar 2016
82 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, Yasamal rayonu Şərifzadə küçəsi 571- ci məhəllədə yaşayan bina sakinləri "Dərəçiçək" MTK -dan qafqazinfo-ya şikayət ediblər.

Sakinlər bildiriblər ki, bina 2005-ci ildə tikilməyə başlayıb və 10 ildən artıq müddət keçməsinə baxmayaraq tikinti şirkəti mənzil sahibləri ilə bağlanmış müqaviləyə əsasən, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Hazırda binada 20-dən çox ailə yaşayır:

"Binada lift olmadığı üçün 9-cu mərtəbədən hər gün qucağımızda körpə uşaqlarla pilləkən qalxıb düşməli oluruq. Tutacaqlar qoyulmayıb, lazım olan kommunal xətlər (elektrik enerjisi, su və qaz xətləri) çəkilməyib. Bina sakinləri öz vəsaitimiz hesabına elektrik enerjisi və su xətlərini çəkmişik. Binanın mansar qatı deyilən hissə təmir edilmədiyində yağan yağış və qar suları yuxarı mərtəbələrdən pilləkənlərlə, şaxtalarla aşağıya qədər axır və mənzillərə həddindən artiq ziyan vurur. Həmin yağış suları binanın dayanıqlığına da pis təsir göstərib. "Dərəçiçək" MTK şirkətinin rəhbəri Rauf Əliyev hər dəfə həll olunacağını desə də, illərdir bir irəliləyiş yoxdur. Hətta binanın mənzillərinin bir neçə adama satılması ilə bağlı da faktlar var".

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, cavab verən olmayıb. Hətta İlham Əliyevin sərəncamı ilə Azərbaycanın və Dağıstanın xalq artisti Azər Zeynalova hədiyyə edilən ev də Hacıbala Abutalıbovun göstərişi ilə sözügedən binadan verilib.

Qafqazinfo-nun əməkdaşı məsələyə aydınlıq gətirmək üçün "Dərəçiçək" MTK-nın rəhbəri Rauf Əliyev ilə əlaqə saxlayıb. MTK rəhbəri bildirib ki, hazırda maliyyə çətinlikləri var. Lift üçün şirkətlərlə danışıqlar aparılır və yaxın zamanda problemlər həll olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR