"UEFA-ya olan cəriməmizi ödəmişik" - Rəşad Qasımov

"UEFA-ya olan cəriməmizi ödəmişik" -   Rəşad Qasımov
19:42 12 Yanvar 2016
21 İdman
Ölkə mətbuatı
A- A+

Bakının "İnter" klubu UEFA-nın borclarını ödəyib. Bu barədə "Futbol-plus" qəzeti məlumat yayıb. 

"İnter"in prezidenti Rəşad Qasımov da bu xəbəri qaynar.info-ya açıqlamasında təsdiq edib: "Bəli, bizim UEFA-ya artıq borcumuz yoxdur. UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının klubumuz haqda çıxardığı son qərarda cərimə olaraq 50 min + bu işin aparılmasına sərf olunmuş 3 min avro artıq UEFA-ya ödənilib. Lisenziyalaşdırma zamanı üzə çıxmış borclu futbolçularımızla isə danışıqlar aparırıq. Çalışırıq ki, yanvarın 31-dək bu məsələni də yoluna qoyaq. Ola bilsin ki, onların borclarını hissə-hissə ödədik".

Qeyd edək ki, "İnter" ötən mövsüm 3 ay futbolçuların pullarını verə bilməyib. Nəticədə avrokuboklara görə UEFA-ya təqdim olunan lisenziyalaşdırma zamanı Bakı klubunun futbolçularına 633 min avro borclu olduğu üzə çıxıb. "İnter" yanvarın 31-dək bu borcları ödəyə bilməsə, növbəti 3 mövsüm ərzində (2016/17, 2017/18 və 2018/19) əldə etmiş idman nəticələrinə görə UEFA-nın klub yarışlarında iştirak etmək hüququ qazanarsa, 1 mövsüm ərzində bü hüquqdan məhrum olunacaq.

Qaynar.info

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotuefa-ya-olan-crimmizi-odmiikquot-t46749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR