Bazarda nə ucuz? - “YAŞIL BAZAR”DAN REPORTAJ

Bazarda nə ucuz? - “YAŞIL BAZAR”DAN REPORTAJ
19:44 12 Yanvar 2016
91 Sosial
Ölkə mətbuatı
A- A+

Paytaxt bazarlarında qiymətlərin formalaşmasına müxtəlif amillər təsir göstərir. Məhsulun bolluğu, ya qıtlığı olması, yerli, yaxud xarici istehsal olması qiymətin formalaşmasında əsas rol oynayır. Üstəlik Yeni İl, Novruz bayramı, Qurban bayramı ərəfəsində qiymətlər tələb-təklif qanununa uyğun olaraq dəyişir. Təbii ki, ərzaq məhsullarının qiymətinə əhalinin alıcılıq qabiliyyəti də təsir göstərir. Bəs indi bazarda qiymətlər necədir?

 

Paytaxtın "Yaşıl Bazar" deyilən ticarət mərkəzində apardığımız 1 saatlıq müşahidə nəticəsində  qiymətlərin kəskin şəkildə dəyişdiyini müşahidə etdik. Belə ki,  əlimdə gördüyünüz bu almanın qiyməti əvvəl əgər 1 manat 50 qəpik idisə, indi alıcılara 3 manata təklif olunur. 

 

Qiymətlərə Yeni İl bazarlığı da ciddi təsir göstərib. Satıcıların sözlərinə görə, həmişə Yeni İl və Novruz bayramından sonra bazarlarda alıcı problemi olur. Səbəbi söyləmək artıqdır, alıcılar bu bayramlar ərəfəsində az qala bir ay bəs edəcək qədər ərzaq alır və bir müddət bazara getməyə ehtiyac duymurlar. Bazarlarda durum bayramdan təxminən 2-3 həftə keçdikdən sonra stabilləşməyə başlayır və ciddi hadisə baş verməsə, bu stabillik növbəti bayrama qədər davam edir.

 

“Yaşil bazar”da qiymətlər mövsümə uyğundur. Mal ətinin 1 kiloqramı 7-8 manat arasında dəyişir, quzu ətinin qiyməti isə çeşidindən asılı olaraq 10-12 manatdır. Balıq məhsullarının qiyməti də növündən asılı olaraq dəyişir. Xanı balığının bir kiloqramı 6 manat, sazanın kilosu isə 8 manatdır. Toyuq ətinin qiyməti də 3 manat 50 qəpiklə 5 manat arasındadır. 

 

Yeni il ərəfəsində olan qiymətlərlə müqayisə etsək, tərəvəzlərin qiymətində elə bir dəyişiklik yoxdur. Əhalinin ən çox istifadə etdiyi tərəvəz növlərindən kartofun qiyməti yerli və xaricdən gətirilmiş mal olmasına görə dəyişir. Yerli məhsul daha bahadır, bu, Gədəbəy və ya Tovuz kartofunun daha dadlı olması, genetik modifikasiya olunmuş məhsul olmaması ilə izah olunur. Yerli kartofun baha olmasının digər səbəbi bu məhsulun daha qıt olması ilə izah edilir. Yəni, Gədəbəy və ya Tovuzda əkilib-becərilən kartof Azərbaycan vətəndaşlarının tələbatının heç 50 faiz təmin edə bilmir, bu səbəbdən də ilin istənilən dövründə bu məhsul öz xarici “həmkarlarına” görə baha olur. Hazırda bazarda yerli istehsal olunan kartof məhsullarının qiyməti 1.30 – 1.50 arasında dəyişir. Rusiya, İran və Türkiyədən gətirilmiş, dad keyfiyyətinə görə daha aşağı hesab olunan kartofun qiyməti isə 1 - 1.20 manatdır.

 

Gündəlik rasionumuzda qızardılmış, yaxud çiy formada istifadə etdiyimiz soğanın qiymət də mövsümi qiymətə uyğundur. Hazırda yerli soğanın qiyməti ölçüsündən asılı olaraq 80 qəpiklə 1 manat arasındadır. Qeyri-mövsümi tərəvəz məhsullarından pomidor 2 manat 50 qəpik, xiyar 3-4 manatdır. Bu məhsulların qiymətinin yay fəslinə nisbətən baha olması onların qışda istixanalarda yetişdirilməsi ilə izah olunur. Bu halda məhsulun yetişdirilməsinə sərf olunan enerji xərcləri də sonda tərəvəzin maya dəyərinə oturur.

 

Meyvələrə gəldikdə isə, qış fəsli meyvələrin ən qıt olduğu fəsildir. Payızda həm ucuzluğu, həm dadı ilə bizləri sevindirən nar və heyva, artıq qıtlaşıb, bu isə meyvələrin qiymətinə avtomatik təsir göstərir. Bazar belədir, tələb çox, təklif az olduqda qiymət mütləq qalxır. Hazırda paytaxt bazarlarında narın qiyməti sortundan asılı olaraq 3-6 manat, heyvanın qiyməti isə 2 manat 50 qəpikdir. Müşahidələrimiz bazarda yerli heyva sortlarının az olduğunu göstərir, heyva əsasən qonşu Türkiyə və İrandan gətirilir və təbii olaraq nəqliyyat xərcləri qiymətin bahalaşmasına təsirsiz ötüşmür.

 

İlin istənilən dövründə bazarlardan əksik olmayan, həm yay, həm qış sortları məşhur olan alma və armudun qiyməti isə 1-20 - 2.50 arasında dəyişir. Bazarda yerli sort alma-armudla yanaşı, xaricdən gətirilmiş bahalı sortlar da çoxdur. Satıcılar bazarda bahalı sortların meydan sulamasının əslində yerli alma sortlarının xeyrinə olduğunu deyir. Xarici alma sortları keyfiyyəti və xarici görünüşü ilə yerli sortlardan üstün olsa da, qiymətdə yerli almalara uduzurlar. 

 

Necə deyərlər, bazar olsun! 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycana idxalda MDB ölkələrinin payı artıb

24 May 2017 12:47

Şəkidə 79 yaşlı kişi intihar edib

24 May 2017 12:47

Məşhur həkimdən konsert verən "Gay" müğənniyə sərt sözlər: "Onlar Məhəmməd peyğəmbərin..."

24 May 2017 12:47

“PAŞA Sığorta” 3 nümayəndəliyini bağlayıb

24 May 2017 12:47

Əli Abbasova vəzifə verildi

24 May 2017 12:43

Bir-birilərini eyni vaxtda nokdauna saldılar (VİDEO)

24 May 2017 12:43

Allahşükür Paşazadə: "Məzhəb ayrı-seçkiliyi yaradanlar barədə dərhal məlumat verin"

24 May 2017 12:43

"Qarabağ"a çatışmayan çempionluq

24 May 2017 12:42

Azərbaycanlı model podiuma altpaltarsız çıxdı

24 May 2017 12:40

"Şans mələyi"nin qapısını hər kəs döyür: imkansız yardım almaq, imkanlı...

24 May 2017 12:38

"Huffington Post": "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi sayəsində ölkədəki tədbirlərin böyük uğuru təmin olunub"

24 May 2017 12:37

"Terrorizm heç vaxt qalib gələ bilməyəcək" - Britaniya səfiri

24 May 2017 12:37

Generaldan Xocalı aeroportu ilə bağlı ermənilərə XƏBƏRDARLIQ

24 May 2017 12:37

Məşhur aktrisa iflic oldu

24 May 2017 12:36

“Microsoft” şirkəti yeni “Surface Pro” planşetini təqdim edib

24 May 2017 12:35

“WannaCry” virusunun versiyalarının sayı 400-ə yaxınlaşır

24 May 2017 12:35

Melaniadan Donald Trampa qarşı kobud davranış - VİDEO

24 May 2017 12:34

Melaniya Tramp başını örtdü - FOTOLAR

24 May 2017 12:33

Kənanın barmağı qırıldı - FOTO

24 May 2017 12:32

Rabitəbank ASC Vahid ATM şəbəkəsi layihəsini davam edir!

24 May 2017 12:32

Axund və imamlara XƏBƏRDARLIQ

24 May 2017 12:32

Sabah paytaxtda hava belə olacaq

24 May 2017 12:30

QMİ sədri: Bu məsələlərdə diqqətli olun

24 May 2017 12:29

AMEA-dan İRAD: Azərbaycanda televiziya və xəbər saytlarının dili yaxsı vəziyyətdə deyil

24 May 2017 12:29

"İftardan əvvəl məclislərdə iştirak edən imam və axundlar işdən çıxarılacaq” - QMİ sədri

24 May 2017 12:29

Türkiyəyə qadın aparan insan alverçisinin məhkəməsi başlayıb

24 May 2017 12:29

Cəbhədə növbəti yoxlama olacaq

24 May 2017 12:27

Böyük Britaniyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb

24 May 2017 12:27

Fəxrəddin Manafov xanımı ilə - FOTOLAR

24 May 2017 12:24

"Heç vaxt evdar xanım olmamışam"

24 May 2017 12:24

Bizi Ermənistana UDUZDURAN SƏBƏB - VİDEO

24 May 2017 12:23

Gənc aktrisalar Bakıda podiuma çıxdı - FOTO

24 May 2017 12:22

Sabah paytaxtda küləkli, bölgələrdə yağmurlu hava olacaq

24 May 2017 12:22

İrina Şeykin dönüşü möhtəşəm oldu - FOTO

24 May 2017 12:22

Şizofreniyadan qurtulmaq üçün qəribə yol...

24 May 2017 12:20

Dövlət qulluğuna qəbul imtahanları da pullu olacaq - CƏDVƏL

24 May 2017 12:18

Yağış yaşacaq, şimşək çaxacaq

24 May 2017 12:18

İki canlı əfsanə qırmızı xalıda - FOTO

24 May 2017 12:17

Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək

24 May 2017 12:17

Allahşükür Paşazadə dindarlara xəbərdarlıq edib

24 May 2017 12:17

QMİ sədri: “Heç bir din xadimi Ramazan ayı boyunca iftardan əvvəl məclislərə getməməlidir”

24 May 2017 12:17

Ermənistandakı "Azərbaycan almaları" Polşanın imiş...

24 May 2017 12:17

İsrail səfiri Naxçıvanda kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

24 May 2017 12:17

Allahşükür Paşazadədən axund və imamlara xəbərdarlıq

24 May 2017 12:15

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

24 May 2017 12:15

Yağış, külək - SABAH

24 May 2017 12:14

Ermənistanı qarışdıran Quba alması ilə bağlı YENİ İDDİA: İrəvanın HİYLƏSİ

24 May 2017 12:13

AMEA prezidenti: "İnstitut direktorlarından qrant məsələsinə ciddi diqqət yetirmələrini tələb edirəm"

24 May 2017 12:12

21 il ev dustağı olan azərbaycanlı əfsanəvi müğənni - VİDEO - FOTO

24 May 2017 12:12

İcra başçısı baş memarı işdən çıxartdı

24 May 2017 12:12