Qanlı İstanbul meydanından FOTOREPORTAJ

Qanlı İstanbul meydanından FOTOREPORTAJ
19:47 12 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 12-də yerli vaxtla saat 10:15-də İstanbulun tarixi Sultanəhməd meydanındakı Alman çeşməsinin arxa tərəfində terrorçu kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.
 
APA-nın hadisə yerində təhlükəsizlik qüvvələrindən əldə etdiyi məlumata görə, terror hadisəsində Almaniyadan gəlmiş turist qrupu hədəfə alınıb. 20 nəfərlik qrupun İstanbula gəldikdən sonra terrorçular tərəfindən izlənildiyi güman olunur. Sultanəhməd tramvay stansiyasındakı "Hilal" bufetinin işçisi Xəlil İbrahim Pəltək APA-ya açıqlamasında saat 10.15-də şiddətli partlayış baş verdiyini bildirib: "Üç dəqiqədə polislər hadisə yerini mühasirəyə aldılar, təcili yardım maşınları yaralıları xəstəxanalara daşımağa başladılar. Mən o anda ölü və yaralı sayını müəyyənləşdirə bilməzdim, sonradan öyrəndim ki, 10 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Bu hadisə bölgəyə turistlərin gəlişində azalmaya səbəb olacaq və işlərimizə mənfi təsir edəcək. Burada belə bir terror hadisəsi olacağını gözləmirdik, ancaq terrorun nə vaxt və harada bizi vuracağını bilməyimiz mümkün deyil".
 
Məhkəmə qərarı ilə Sultanəhməd meydanında baş vermiş terror aksiyası ilə bağlı yerli mediaya yayım qadağası qoyulub. Xarici mediaya yayım yasağı qoyulmadığına görə hadisə yerində olan çoxlu sayda əcnəbi media mənsubu hadisənin təfərrüatlarını canlı yayımda işıqlandırmağa çalışır. Terror aksiyasının baş verdiyi bölgə polis tərəfindən tam mühasirəyə alınıb. İki polis əməkdaşı Alman çeşməsinin önündəki dirəyin üstündə yerləşdirilmiş təhlükəsizlik kamerasının qeydlərini yerində analiz edir. Əcnəbi turistlərin ən çox getdiyi yer olan Sultanəhməd meydanı və ətrafına terror aksiyasından sonra yerli sakinlərin və turistlərin yaxınlaşmadığı müşahidə edilir. Bölgədən keçən tramvaylar isə qrafikə uyğun şəkildə çalışmaqdadır.
 
Təhlükəsizlik mənbələrindən bildirilib ki, hadisə yerində dəlil toplayan mütəxəssislərin öz işlərini tamamlamasından sonra bölgə daha bir müddət qapalı zona olacaq və oraya heç kim buraxılmayacaq.
 
Sultanəhməddəki terror aksiyasını APA-ya şərh edən Türkiyənin tanınmış terror və təhlükəsizlik mütəxəssisi, "Milliyet" qəzetinin köşə yazarı, NTV telekanalının şərhçisi Nihat Əli Özcan bildirib ki, bu, Türkiyə üçün sürpriz bir hadisə deyil: "Çünki Türkiyənin istər daxilində, istərsə də xaricində cərəyan edən proseslər ölkəmizdə terror hadisələri həyata keçirilməsinə zəmin hazırlayır. Bugünkü hadisəni İŞİD törədib. Bu, onu göstərir ki, Türkiyə bundan sonra müxtəlif terror təşkilatlarına qarşı mübarizədə son dərəcə diqqətli taktika və strategiyalar hazırlamalıdır".
 
APA-nın "Bugünkü hadisəni İŞİD-in törətdiyini deyirsiniz. Belə çıxır ki, keçən il 20 iyulda Suruçda başlayan terror aksiyaları zənciri Ankaradan sonra İstanbula qədər gəldi" - sualına N.Ə.Özcan belə cavab verib: "Kobanidə İŞİD-lə PKK savaşdıqdan sonra İŞİD Türkiyəyə qarşı "səssizlik siyasəti" həyata keçirirdi. Daha sonra Türkiyə ölkəmizdəki İŞİD hücrələrini hədəf aldı, xeyli lideri həbs etdi. İŞİD isə bunun intiqamını həm əcnəbiləri hədəf alaraq, həm də turist bölgələrində terror aksiyaları həyata keçirərək almağa çalışır. Burada almanların hədəf seçilməsi də təsadüfi deyil. Sultanəhməd Türkiyə turizminin qəlbi olan bir yerdir, terror aksiyasının o bölgədə həyata keçirilməsi düşündürücüdür. Ona görə də Türkiyə terrora qarşı bundan sonrakı mübarizəsində heç bir təfərrüatı nəzərdən qaçırmadan son dərəcə diqqətli davranmaq məcburiyyətindədir". 

Milli.Az











RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Zabaykalyedə fövqəladə vəziyyət rejimi tətbiq edildi

27 İyun 2017 06:04

Trampın etirazlara səbəb olan fərmanı qüvvəyə mindi - Amma...

27 İyun 2017 06:03

Rusiyada vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi veriləcək

27 İyun 2017 06:02

Bakıda ahıl kişi qonşusu tərəfindən döyülüb

27 İyun 2017 05:47

Pireney dağlarında kottec - FOTO

27 İyun 2017 05:32

Yeni FTB direktorunun namizədliyi Senata təqdim edildi

27 İyun 2017 05:19

Lavrov və Tillerson telefonla danışdı

27 İyun 2017 05:08

Braziliya prezidentinə qarşı korrupsiya ittihamı

27 İyun 2017 04:44

Azərbaycan vətəndaşı Rusiya kafelərindən birində namaz qıldığına görə cərimə olunub

27 İyun 2017 04:37

Kitabxana və İrs Mərkəzi, təbiət və modern - FOTO

27 İyun 2017 04:32

Yəməndə hava zərbələri: 9 ölü

27 İyun 2017 04:22

Kabab çəkən gənc özünü yandırdı - EHTİYATSIZLIQ

27 İyun 2017 04:13

Bakıda taksi yaşlı qadını vuraraq ağır xəsarət yetirib

27 İyun 2017 03:37

Xuzistanda bir ev - FOTO

27 İyun 2017 03:32

Sərxoş sürücü 7 qonşunun maşınını əzdi - Bakıda

27 İyun 2017 03:24

Hökumət qüvvələri ilə terror qruplaşması arasında döyüş olub -

27 İyun 2017 03:06

Rumıniyada yeni baş nazir təyin olunub

27 İyun 2017 03:02

Nigeriyada silsilə terror hücumları nəticəsində 9 nəfər ölüb

27 İyun 2017 02:43

Sloveniyada məktəb və uşaq bağçası - FOTO

27 İyun 2017 02:32

Bakıda ikimərtəbəli ev yandı

27 İyun 2017 02:29

Alt paltarı geyinmədiyi üçün İŞDƏN QOVULDU - FOTO

27 İyun 2017 02:23

Səudiyyə Ərəbistanının Yəməni bombalaması nəticəsində 9 dinc sakin ölüb

27 İyun 2017 02:22

Yəmən yenidən bombalandı: 9 ölü, 4 yaralı

27 İyun 2017 01:54

Astroloji proqnoz -

27 İyun 2017 01:54

Niderlanda yaşı 4,5 milyard il olan meteorit düşüb

27 İyun 2017 01:42

Qəzzadan İsrail ərazisinə raket atıldı

27 İyun 2017 01:38

Almaniyada şəhər kənarında ev - FOTO

27 İyun 2017 01:32

Mobil telefon bazarında durğunluq yaranıb -

27 İyun 2017 01:32

Beyləqanda yanğın olub

27 İyun 2017 01:08

Qəzza zolağı İsraili raket atəşinə tutdu

27 İyun 2017 01:04

Mingəçevirdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

27 İyun 2017 00:57

Qəzza zolağından İsrail tərəfə raket atılıb

27 İyun 2017 00:37

Qətərin xarici işlər naziri ABŞ-a səfər edəcək

27 İyun 2017 00:31

Nigeriyada silsilə partlayışlar - 16 ölü, 13 yaralı

27 İyun 2017 00:23

Astroloji proqnoz - 27 iyun

27 İyun 2017 00:08

Qətərin xarici işlər naziri ABŞ-a gedir

27 İyun 2017 00:08

Günün qoroskopu:bütün problemlər həllolunandır

27 İyun 2017 00:05

FİFA Rusiya millisi barədə araşdırmaya başlayıb

26 İyun 2017 23:57

Məşhur aktrisa: "Rejissor soyunmağımı istədi, mən də..." - FOTO

26 İyun 2017 23:57

"Putinin fanatıyam" -

26 İyun 2017 23:57

Bayram süfrələrimizin şahı: Turşu-qovurmalı plov - RESEPT

26 İyun 2017 23:52

İtaliya polisi miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib

26 İyun 2017 23:52

183-dən 65-ə düşdü - FOTO

26 İyun 2017 23:52

Gənc oğlanın cəsədi iş yerinin yaxınlığında tapıldı

26 İyun 2017 23:48

Günəş və ya piqment ləkələrinin çarəsi

26 İyun 2017 23:47

"Real"ın baş məşqçisi olmaq istəyirəm"

26 İyun 2017 23:47

Alimlərdən yeni ixtira - robot kuryerlər

26 İyun 2017 23:47

Övladı imtahana hazırlaşan valideynlər, MÜTLƏQ OXUYUN

26 İyun 2017 23:42

Mbappenin məvacibi 9 dəfəyə qədər artırılacaq

26 İyun 2017 23:42

Azərbaycan bayrağı ayaq altına sərilən xalçada əks olunub -

26 İyun 2017 23:41