"Onların məşqindən zövq alıram" - Şahin Diniyev

"Onların məşqindən zövq alıram" -   Şahin Diniyev
19:57 12 Yanvar 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

“Kəpəz” hazırlıqlarını davam etdirir. Yanvarın 11-dən Yevlaxda məşqlərə başlayan komanda gündə iki dəfə məşqə çıxır. Futbolçular səhər saat 10.30-da və günortadan sonra saat 16.30-da məşqçilər korpusunun tərtib etdiyi plan üzrə hazırlaşır.

 

İlk məşqlərin gedişi haqda “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına fikirlərini bölüşüb: “Məşqlərin ağırlığına baxmayaraq, uşaqlar səylə çalışırlar. Bu da baş məşqçi kimi məni sevindirir. Hiss edirəm ki, futbolçular çempionatın ikinci hissəsinin ağır keçəcəyini nəzərə alırlar və daha məsuliyyətlə məşq edirlər. İşə ciddi yanaşmaları təbii ki, biz məşqçilərin ürəyincədi”.


“Kəpəz” Yevlaxdakı təlim-məşq toplanışı müddətində əsasən fiziki hazırlığa diqqət ayıracaq: “İndi əsas fiziki hazırlıq üzərində çalışırıq. İlk növbədə oyunçuların fiziki durumunu artırmalıyıq. Sonra taktiki və texniki çalışmalara başlayacağıq. Sizə deyim ki, əvəzedici heyətdə yer alan gənclərin məşqindən də zövq alıram. Çünki onlar da əzmlə hazırlaşırlar”. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotonlarn-mqindn-zovq-alramquot-t46752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR