Türk serial ulduzu ərə getdi - FOTO

Türk serial ulduzu ərə getdi - FOTO
20:05 12 Yanvar 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin gənc və populyar aktrisalarından biri, seriallar ulduzu Gonca Vuslateri Yeni il tətili üçün Taylandın Phuket kurortuna birgə yollandığı səs mühəndisi Edip Burak Ertoğana ərə gedib.

Milli.Az DHA-ya istinadən bildirir ki, 20 qonağın dəvət olunduğu kiçik, sadə toy mərasimi ağciyər xərçəngi xəstəsi olan sənətçi Atilla Özdemiroğlunun evində olub.

Qonaqlar arasında Gani Müjde, Zeyno Gönenç, Yonca Evcimik də vardı.

29 yaşlı Goncanın barmağına üzüyü Atilla Özdemiroğlu taxıb.

"Ölkədə vəziyyətin belə qarışıq olduğu, neqativ emosiyaların hədsiz olduğu vaxtda dəbdəbəli toy etdirmək istəmədim", - aktrisa deyib.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/397218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR