Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Yanvar

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Yanvar
20:19 12 Yanvar 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ
 
Suriya münaqişəsində mütləq bir post-Əsəd dövrü olacaq. İstər indiki rejimi müdafiə edənlər, istər rejimi devirmək istəyənlər, istərsə də lap elə Əsəd özü bunu yaxşı bilir. Bu amil rejim müxalifləri və Yaxın Şərqin xəritəsini yenidən cızmaq istəyən güclər üçün stimul, Əsədi müdafiə edənlər üçün isə bazarlıq mövzusudur. Putinin açıqlaması göstərir ki, Kreml Əsədə siyasi sığınacaq verilməsini mümkün variantlardan biri sayır. Başqa sözlə desək, Moskva Əsədi müdafiə etmək üçün deyil, onu daha baha qiymətə satmaq üçün Qərblə masa arxasına əyləşib. Ötən ilin sonunda Moskvada qurulmuş bu masanın arxasında iki fövqəlgücün təmsilçiləri – Lavrov və Kerri Suriyanın gələcəyini cızırdı. Görüşdən sonra verilən açıqlamalarda Suriyada seçkilərin keçirilməsi ssenarisinin olduğu bildirildi. Tərəflər sadəcə seçkilərin Əsədlə, ya Əsədsiz keçirilməsi barədə razılığa gələ bilməmişdi. Hələ o zaman məlum idi ki, Rusiya Əsədi tərəzinin üstünə çıxarıb, sadəcə qiymət barədə Qərblə razılaşa bilmir. Daha doğrusu, Qərb Rusiyanın tələbini məqbul saymır. Amma hələlik. Putinin bugünkü açıqlaması ilə OPEK-in gündəlik hasilatı aşağı salaraq nefti bahalaşdıracağı barədə rəsmi bəyanat arasında əlaqə olmamış deyil. Loru şəkildə desək, Əsədin taleyi həm də neftin bahalaşmasından asılıdır. Neft nə qədər bahalaşsa, Əsədin Moskvaya köçmə ehtimalı bir o qədər artmış olacaq...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228428

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR