Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı "İnter"inin prezidenti Türkiyəyə gedir

Bakı "İnter"inin prezidenti Türkiyəyə gedir

Date: 12 January 2016 20:27

Bakının "İnter" klubunun Türkiyənin Antalya bölgəsindəki qış təlim-məşq toplanışını yeni prezident Rəşad Qasımov da izləyəcək. O bunu özü bildirib: 

"Fikrimdə var ki, "İnter"in təlim-məşq toplanışını keçdiyi Antalyaya yollanım. Ən azı komandanın 2 yoxlama oyununu izləmək istəyirəm. Ancaq bildiyiniz kimi, mən özüm də dövlət qulluqçusuyam. Ona görə də ora nə vaxt gedəcəyimi hələ dəqiqləşdirməmişəm".

Qeyd edək ki, "İnter" yanvarın 23-dək Türkiyədə hazırlıq keçəcək və bu müddətdə 4 yoxlama oyununda qüvvəsini sınayacaq.(qaynar.info)

Fanat.az

Tags:  Bakı İnterinin prezidenti Türkiyəyə gedir

RƏYLƏR


Top news