Dərman vasitələrini dəyərindən dəfələrlə artıq qiymətə satanlar tutuldu

Dərman vasitələrini dəyərindən dəfələrlə artıq qiymətə satanlar tutuldu
20:28 12 Yanvar 2016
121 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dərman vasitələrini dəyərindən dəfələrlə artıq qiymətə satanlar tutulub.

Azərbaycanın İqtisadiyyat və Sənaye Naziriliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə təsdiq edilmiş birgə Tədbirlər Planına müvafiq olaraq bu kimi hallara qarşı təxirəsalınmaz qabaqlayıcı və inzibati, habelə istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.

Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinq zamanı “Giləzi – Quşçuluq Şirkəti” MMC, “Hacıqabul Quşçuluq Şirkəti” MMC və “Astel LTD” MMC–nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yumurtanın pərakəndə satış qiymətinin bahalaşdırılması ilə istehlahçıların mənafeyinə mühüm ziyan vurulması halları müəyyən olunduğundan müvafiq materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş və toplanmış materiallar əsasında 12 yanvar 2016-cı il tarixdə fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 31C ünvanında yerləşən “Alfa med” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilmişdir.
Cəmiyyətin ambarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunmuşdur.

Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilmiş, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilmişdir.

“Alfa med” MMC-nin ofisinə baxış zamanı bir sıra zəruri sənədlər, dərman nümunələri, həmin dərmanların müvafiq sənədləşmə olmadan satışının həyata keçirilməsi, müxtəlif şəxslər vasitəsi ilə qanunsuz olaraq satılması, şirkətdə qara muhasibatlığın aparılmasına dair mühüm əhəmiyyət kəsb edən kitablar və digər qeydlər aşkar edilərək götürülmüşdür.

Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1 və 200.1-ci maddələri ilə cinayət işi başlanmaqla “Alfa med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və İ.Hüseynov şübhəli şəxs qismində saxlanılmışlar. Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verməməyi tövsiyə edir və bu kimi hallara yol verən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirlərinin görüləcəkləri barədə xəbardarlıq edir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ milli komandası futbol üzrə “Qızıl kubok”un qalibi olub

27 İyul 2017 10:37

İkiekranlı “Meizu” smartfonları rəsmən təqdim olunub

27 İyul 2017 10:35

Aktyorla xanımı ikinci bal ayını yaşayır - FOTOlar

27 İyul 2017 10:32

Qadını təkəraçanla döydülər

27 İyul 2017 10:32

İsti havada geyim seçərkən bunlara

27 İyul 2017 10:29

Türk ölkəsi bu ilin sonuna kimi latın əlifbasına keçəcək

27 İyul 2017 10:28

Saakaşvilidən Poroşenkoya cavab: "Məni vətəndaşlıqdan məhrum edə bilməyəcəksiniz"

27 İyul 2017 10:27

Qazaxıstanda təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

27 İyul 2017 10:27

Rusiyada təyyarə qəzaya uğradı: ölən və yaralılar var - VİDEO

27 İyul 2017 10:27

"Qəbələ" "Panatinaikos"la üz-üzə

27 İyul 2017 10:27

Cinsi azlıqlar orduya cəlb oluna bilər?

27 İyul 2017 10:25

Ancelina Colieden heyranedici açıqlama: “Uşaqlarımından gizli duşda ağladım”

27 İyul 2017 10:23

Azərbaycan və Gürcüstan gömrük işçilərinin növbəti görüşü keçirilib

27 İyul 2017 10:22

Azərbaycan Bolqarıstanın kənd təsərrüfatı bazarına çıxmaqda niyyətindədir

27 İyul 2017 10:22

Qızıl bahalaşdı

27 İyul 2017 10:22

Bu ölkə ABŞ-dan ölüm raketləri ALIR

27 İyul 2017 10:18

42 milyonluq futbolçu Türkiyə yolunda

27 İyul 2017 10:17

Yaxın vaxtlarda Almaniyadan Azərbaycana 140 pambıqyığan kombayn gətiriləcək

27 İyul 2017 10:17

Qızıl 13 dollardan çox bahalaşdı

27 İyul 2017 10:17

Yumurtanı gunəşin istisi ilə bişirdi

27 İyul 2017 10:17

Daha bir miqrant faciəsi: uşaqlar, hamilə qadın... - FOTO

27 İyul 2017 10:12

Zeytun yağı və əncir möcüzəsi

27 İyul 2017 10:11

Bu günün valyuta MƏZƏNNƏLƏRİ

27 İyul 2017 10:08

Tehran Hacıyev "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub

27 İyul 2017 10:07

Yaxın vaxtlarda Azərbaycanda Kosta-Rika səfirliyi açılacaq

27 İyul 2017 10:07

Anasının gözü önündə 16 yaşlı qızı zorladılar: qohumlar saxlanıldı - FOTO

27 İyul 2017 10:05

Bakıda 17 yaşlı oğlan yoxa çıxıb

27 İyul 2017 09:59

Tarixdə bu gün nələr baş verib?

27 İyul 2017 09:59

Təhsil Nazirliyində yenilik

27 İyul 2017 09:59

İsraildən Məscidi-Aksa ilə bağlı DAHA BİR ADDIM - FOTO

27 İyul 2017 09:58

"Zirə"dən ayrıldı, Macarıstan klubuna keçdi

27 İyul 2017 09:57

"Zirə"dən ayrılan futbolçu Macarıstan klubunda

27 İyul 2017 09:57

Təhsil Nazirliyinin İdarəsinə yeni səlahiyyətlər verildi

27 İyul 2017 09:52

Bu günə olan məzənnə

27 İyul 2017 09:50

Rihanna birinci xanımla görüşdə bu tərzdə getdi - FOTO

27 İyul 2017 09:48

"Neftçi" məşhur alman klubuna uduzdu

27 İyul 2017 09:47

Qitə çempionu müəyyənləşdi

27 İyul 2017 09:47

Millimiz Qazaxıstana qalib gəldi

27 İyul 2017 09:47

“İnter”dən "Neftçi"yə 4 qol

27 İyul 2017 09:47

Suriya sərhədində böyük zəfər

27 İyul 2017 09:43

Yığmamız Andorraya uduzdu

27 İyul 2017 09:42

İstanbulun lüks otelində yanğın - VİDEO - FOTO

27 İyul 2017 09:42

Cəbhədəki son vəziyyət

27 İyul 2017 09:42

“Hüriyyet”: Fatih Terim “Qalatasaray”ın baş məşqçisi olacaq

27 İyul 2017 09:37

Ermənilər cəbhədə gərginliyi artırdı: snayperləri işə saldı

27 İyul 2017 09:37

Cəbhədə GƏRGİN GECƏ

27 İyul 2017 09:33

Zərdüşt Əlizadə: "Çingiz Abdullayevin yazdıqları ədəbiyyat deyi" - FOTO

27 İyul 2017 09:32

Azərbaycan neftinin qiyməti 52 dollara yaxınlaşır

27 İyul 2017 09:32

Manatın MƏZƏNNƏSİ

27 İyul 2017 09:32

Abşeronda sərnişin vaqonları yanıb

27 İyul 2017 09:31