Mərkəzi Elmi Kitabxana ötən il səmərəli fəaliyyət göstərib

Mərkəzi Elmi Kitabxana ötən il səmərəli fəaliyyət göstərib
20:28 12 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) çox səmərəli fəaliyyət göstərib, il ərzində kitabxanada yüksək səviyyədə mötəbər tədbirlər təşkil olunub.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, bunu MEK-in 2015-ci ildəki fəaliyyətinə həsr olunan hesabat iclasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli söyləyib. Bu qurumun region ölkələrinin elmi kitabxanaları ilə müqayisədə daha müasir olduğunu deyən akademik İ.Həbibbəyli Milli Rəqəmsal Yaddaşın formalaşdırılması, elektron idarəetmə sisteminin qurulması, fondların nizamlanması, yeni və mövcud resursların inteqrasiyası, eləcə də elmi-ideoloji tədbirlərin uğurla keçirilməsi sahəsində mühüm işlərin görüldüyünü qeyd edib.
MEK-in direktoru Leyla İmanova kitabxananın ötən ildəki fəaliyyətindən, görülən işlərdən danışıb. Bildirilib ki, burada bir sıra görkəmli mütəfəkkir, dövlət, elm və mədəniyyət xadimlərinin əsərlərindən ibarət materiallar sistemləşdirilərək rəqəmsallaşdırılıb, Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Kitabxananın köçürülmə planına uyğun olaraq kitablar AMEA-nın əsas binasındakı fondlardan daşınıb yeni binaya gətirilərək saxlanclarda yerləşdirilib.
L.İmanova müxtəlif nəşrlərin yoxlanması, əsas və yardımçı fondlarda yerləşdirilməsi və sənədləşdirilməsi, biblioqrafik sorğu kitablarının tərtibi, eləcə də informasiya texnologiyalarının hazırlanması və tətbiqi sahəsində işlərdən də bəhs edib.
Bildirib ki, köçürülmə prosesindən sonra MEK istifadəçilər üçün xidmətə hazırlanıb və ötən ilin sentyabrından oxucuların istifadəsinə verilib.
Elektron avadanlıq və məlumat bazalarının köçürülməsi zamanı İRBİS proqramındakı verilənlər bazasının çox çətinliklə də olsa bərpa edildiyini bildirən MEK direktoru işçilərə məxsus elektron məlumat, sənəd və faylların surətinin çıxardılaraq yeni binada işçilərin istifadəsinə verildiyini bildirib.
Qeyd edilib ki, kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzi də fəaliyyətini uğurla davam etdirir.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Merkezi_Elmi_Kitabxana_oten_il_semereli_fealiyyet_gosterib-917902

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR