Aterosklerozdan qorunmağın yolu

Aterosklerozdan qorunmağın yolu
20:32 12 Yanvar 2016
50 Sosial
Ölkə mətbuatı
A- A+

Ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbi ateroskleroz hesab edilir. Ateroskleroz zamanı arteriyanın divarı qalınlaşır, bir qədər də bərkiyərək öz elastikliyini itirir. Ateroskleroz Qərb ölkələrində ölüm hallarının 50 faizini təşkil edir. Bu göstərici xərçəngdən ölənlərdən iki dəfə çoxdur.

Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, türkiyəli damar cərrahı Sadəttin Karacagil damar sərtliyinin baş verməməsi üçün düzgün qidalanmanı məsləhət görür. Onun sözlərinə görə, damar sərtliyi damarda daralma və tıxanma yaradaraq infarkt, iflic, böyrək çatışmazlığı və ayaq itkisinə səbəb olur: "Damar sərtliyi səbəbindən infarkt keçirən insanların boyun şah damarında da səssiz, lakin irəliləyən damar sərtliyi ola bilər. Bu isə qəfil iflicə gətirib çıxarır. Ayaq atar damarlarında damar sərtliyi olan və yeriməkdə çətinlik çəkən xəstələrin bir çoxunda ürək və şah damarlarında da daralmalar müşahidə edilə bilər. Damarlarla bağlı bütün bu problemlərin müayinə edilməsi və vaxtında diaqnoz qoyulması lazımdır".
 
Damar sərtliyinin yaranmasına təsir edən faktorlar
 
Damar sərtliyi uzun müddət içində bir və ya bir çox risk faktorunun həmin insanda olması nəticəsində meydana gəlir. Bu risk faktorlarının bir hissəsi genetik, bir hissəsi isə ekoloji amillərlə bağlıdır: "Damar sərtliyi əsasən 50 yaşdan və sonra kliniki olaraq müşahidə edilsə də, bu xəstəlik səssiz olaraq daha erkən yaşlarda başlayır. Damarlarının iç hissəsinin qalınlaşması, daha sonra qalınlaşan hissələrdə iç təbəqənin altında kiçik damar sərtliyi düyünlərinin əmələ gəlməsi, onların vaxt keçdikcə böyüməsi, düyünlərin deşilərək damar tıxanması yaratması və ya bu düyünlərdən qopan hissələrin qan dövranına mane olması və digər damarların da tıxanması prosesi uzun illər davam edir. Vaxtında diaqnoz bu proseslərin vaxtında dayandırılmasına səbəb olar".
 
S. Karacagil damar sərtliyinə səbəb olan risk faktorlarını bu cür sıralayır:
 
1. Genetik faktor (ana və atanın erkən yaşlarda infarkt, iflic keçirməsi və ya ölümü)
2. Xolesterol yüksəkliyi
3. Siqaretdən istifadə
4. Yüksək təzyiq
5. Diabet (şəkər xəstəliyi)      
 
Risk faktorlarının sayı artdıqca xəstəlik daha gənc yaşlarda və ciddi formada meydana gəlir. Bu hallar kişilərdə daha tez-tez rast gəlinir. Həkim bildirir ki, risk faktorlarının bir hissəsini pis vərdişlərdən xilas olaraq, həyat tərzini və qidalanmanı dəyişməklə, bir qismini də dərmanlar vasitəsilə azaltmaq olar: "Damar sərtliyi olmayan insanlar yuxarıda sadalanan risk faktorlarını heçə endirməlidirlər. Bu, həmin insanları damar sərtliyi xəstəliyindən azad edəcək. Sağlam qidalanaraq, nizamlı məşqlər edərək bu risk faktorlarının da qarşısını ala bilərsiniz. Lakin bu da hər zaman mümkün olmur. Belə hallarda isə həkim nəzarəti altında dərmandan istifadə edərək risk faktorlarının (xolesterol yüksəkliyi, yüksək təzyiq, şəkər xəstəliyi) müalicəsinə ehtiyac yaranır".    
 
Xəstəlik yaranmadan görüləcək tədbirlər
 
Əvvəlcə bunu qeyd etmək lazımdır ki, xəstəlik yaranmazdan əvvəl görüləcək tədbirlərlə xəstəlik yarandıqdan sonra görüləcək tədbirlər arasında fərq çoxdur. Hər iki halı birləşdirənsə ideal çəkiyə sahib olmaqdır. Həkim ideal çəkinin qorunub saxlanması üçün nizamlı olaraq məşq etmək və sağlam qidalanmağı məsləhət görür: "Qan təzyiqinin dərman və dərmansız 120/80 mm Hg-da olması və qan şəkərinin normal səviyyədə saxlanılması vacibdir. LDL deyilən pis xolestrol səviyyəsi üçün məqsəd isə xəstəlik başlamamış təzyiqin ən yuxarı 160 mg/dl və ondan aşağı səviyyədə saxlanmasıdır. Belə hallarda bir çox faktorlar səbəbindən dərman müalicəsi aparılır. Xəstəliyi olan və xüsusən damar sərtliyindən şikayət edənlər LDL-i 70 mg-da saxlamaq üçün ömür boyu xolesterol salan dərman atmalıdırlar. Bəzənsə bu cür dərmanlar da kömək etmir və əks təsirlərlə nəticələnir".
 
Sağlam qidalanma bir çox xəstəliklər kimi damar sərtliyinin qarşısını almaq baxımından da vacibdir. S. Karacagil pis qidalanmanın damar sərtliyinə təsir edən bir çox faktorların ortaya çıxmasına səbəb olduğunu vurğulayır: "Gündəlik enerji miqdarı lazım olduğundan çox qəbul edilməməlidir. Meyvə-tərəvəzə üstünlük verilməlidir. Bununla yanaşı, az və çox balıq yemək, üstəlik, vaxtlı-vaxtında idman etmək sizi bəladan xilas edəcək. Onu da qeyd etmək lazımdır ki, bəzi qidaları bəlli miqdarda yemək, bəzilərindən imtina etmək də bəzən damar sərtliyinin qarşısını ala bilmir". Bu zamansa həkim aşağıdakıları məsləhət görür:
 
1. İdeal çəki (az kalori)
2. Qan təzyiqi 120/80 mm Hg-dan az (az kalori, az düz)
3. Normal qan şəkəri (az kalori, az şəkər)
4. Aşağı LDL (az kalori, az yağ, daha çox zeytun yağı, müxtəlif meyvə-tərəvəzlə qidalanma, az ət, bol balıq, fındıq, qoz)
 
Damar cərrahı sonda siqaretdən imtina etməyi xüsusilə əlavə edir. Bununla yanaşı, spirtli, qazlı, şirin içkilər, təbii olmayan hazır qidalar, şəkər tozu, un və un məmulatlarından mümkün qədər az yeməyi məsləhət görür. Gündəlik enerji miqdarını aşağıya endirərək çəkini ideal saxlamaq, nizamlı məşqlər etmək,  lazım olan hallarda yüksək təzyiq, diabet və xolesterol yüksəkliyi üçün dərman atmaq da damar sərtliyinin meydana gəlməsi  və irəliləməsinə mane olacaq.  

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/397323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR