Süni qiymət artımına yol verən bir sıra şirkətlər barəsində cinayət işi başlanıb, iki nəfər saxlanılıb

20:32 12 Yanvar 2016
42 Sosial
Ölkə mətbuatı
A- A+

Axtarışda olan 21 nəfər saxlanılıb (15 İyun 2017 15:29)
Türkiyənin ən iri şirkətlərindən birində 34 nəfər saxlanılıb (13 İyun 2017 23:55)
Bakı polisi 13 nəfəri həbs etdi (08 İyun 2017 17:28)

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə təsdiq edilmiş birgə Tədbirlər Planına müvafiq olaraq bu kimi hallara qarşı təxirəsalınmaz qabaqlayıcı və inzibati, habelə istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.
Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinq zamanı “Giləzi – Quşçuluq Şirkəti” MMC, “Hacıqabul Quşçuluq Şirkəti” MMC və “Astel LTD” MMC–nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yumurtanın pərakəndə satış qiymətinin bahalaşdırılması ilə istehlahçıların mənafeyinə mühüm ziyan vurulması halları müəyyən olunduğundan müvafiq materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş və toplanmış materiallar əsasında 12 yanvar 2016-cı il tarixdə fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bundan başqa, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 31C ünvanında yerləşən “Alfa med” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib.
Cəmiyyətin ambarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub.
Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib.
“Alfa med” MMC-nin ofisinə baxış zamanı bir sıra zəruri sənədlər, dərman nümunələri, həmin dərmanların müvafiq sənədləşmə olmadan satışının həyata keçirilməsi, müxtəlif şəxslər vasitəsi ilə qanunsuz olaraq satılması, şirkətdə qara muhasibatlığın aparılmasına dair mühüm əhəmiyyət kəsb edən kitablar və digər qeydlər aşkar edilərək götürülüb.
Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1və 200.1-cimaddələri ilə cinayət işi başlanmaqla “Alfa med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və İ.Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verməməyi tövsiyə edir və bu kimi hallara yol verən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirlərinin görüləcəkləri barədə xəbardarlıq edir.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyədə növbəti zəhərlənmə qalmaqalı - 10 əsgər...

25 İyun 2017 04:33

Saqqalı qırxan kişi necə dəyişir? - FOTO

25 İyun 2017 04:32

Rusiya mübarizəni dayandırdı -

25 İyun 2017 04:30

“The Black Eyed Peas” qrupu və Nikol Şerzinger Bakıda konsertlə çıxış ediblər FOTOSESSİYA

25 İyun 2017 04:15

Bakıda maşın işıqforun qırmızı işığında keçərək qəza törədib, 2 nəfər yaralanıb

25 İyun 2017 04:12

Tramp müsəlmanları təbrik etdi

25 İyun 2017 04:09

İranda bir qrup terrorçu saxlanıldı

25 İyun 2017 03:58

Abşeronda yanğın olub

25 İyun 2017 03:50

Çindən tələfat xəbəri gəldi -

25 İyun 2017 03:42

Toyların unikal fotolarını çəkir - FOTO

25 İyun 2017 03:32

İsrail Suriya ordusunu bombalamasının səbəbini açıqladı

25 İyun 2017 02:54

Dənizdə bir nəfər itkin düşdü

25 İyun 2017 02:35

Sehrli aləmlərdəki meşə pəriləri - FOTO

25 İyun 2017 02:32

İsrail Suriyada yaşayış evlərini raket atəşinə tutub, azı 25 nəfər yaralanıb

25 İyun 2017 02:12

Donald Tramp: "Ramazan bayramı bizə mərhəmət, şəfqət və xoşməramlılığın vacibliyini xatırladır"

25 İyun 2017 01:52

Misir prezidenti adaları Səudiyyəyə verildi

25 İyun 2017 01:43

İngiltərənin baş naziri müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib

25 İyun 2017 01:32

Evdə doğan sevgitlisinin fotolarını çəkdi - FOTO

25 İyun 2017 01:32

Gəncədə yanğın -

25 İyun 2017 01:28

Suriya ordusu Deyr-əz-Zora hücumun qarşısını alıb, 20 terrorçu öldürülüb

25 İyun 2017 01:17

İmişlidə oğurluq edən iki qardaş tutuldu

25 İyun 2017 01:13

İranda terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

25 İyun 2017 00:32

Londonda növbəti həyəcan -

25 İyun 2017 00:24

Astroloji proqnoz - 25 iyun

25 İyun 2017 00:13

Günün qoroskopu: xaotik hərəkətlərdən çəkinin

25 İyun 2017 00:05

Dənizdə batan şəxsin axtarışı aparılır

25 İyun 2017 00:04

Jobs iPhone-nu kimin acığına yaratmışdı?

24 İyun 2017 23:57

SSRİ-nin qızları - FOTO

24 İyun 2017 23:52

Duzlaşmaya qarşı hansı qidanı istehlak edək

24 İyun 2017 23:47

Dənizdə bir nəfər batıb, axtarış aparılır

24 İyun 2017 23:47

Xanıma ərinin gözləri qarşısında təcavüz etdilər -

24 İyun 2017 23:46

Kiyevdə deputat yol qəzasında ölüb

24 İyun 2017 23:42

SSRİ casuslarının taleyi necə oldu?

24 İyun 2017 23:42

Bakıda “Formula-1”in yuxuluları - FOTO

24 İyun 2017 23:37

İkiüzlü insan olmağınıza şübhə etmirəm...

24 İyun 2017 23:37

0 avroluq əskinaslar çap edildi

24 İyun 2017 23:37

WhatsApp-dan daha bir faydalı yenilik

24 İyun 2017 23:32

Sosial media fenomenləri nə qədər qazanır?

24 İyun 2017 23:27

Rusiya - 3-cü “bədbəxt”

24 İyun 2017 23:27

Ürək və sinir sisteminin möhkəmlənməsi üçün kokteyl

24 İyun 2017 23:22

"Qəbələ"dən növbəti transfer -

24 İyun 2017 23:18

Gözün sağlamlığını qorumaq üçün 6 amil

24 İyun 2017 23:17

Dünya ulduzları Bakı Bulvarında oxudular - FOTO

24 İyun 2017 23:12

Qəlbin nurani olması üçün nə edək?

24 İyun 2017 23:12

Minskdə tank paradın məşqləri zamanı dirəyə çırpılıb

24 İyun 2017 23:12

Gəncədə yaşayış binasında yanğın - Sakinlər təxliyyə edildi

24 İyun 2017 23:08

Tennisi buraxdı, model oldu - FOTO

24 İyun 2017 23:05

Gəncədə binada yanğın olub

24 İyun 2017 23:04

Maşında ölü tapılan sevgililərlə bağlı təfərrüat - Qadın evli imiş

24 İyun 2017 22:57

Tesla musiqi servisini yaradır

24 İyun 2017 22:57