Süni qiymət artımına yol verən şəxslər saxlanılıblar

Süni qiymət artımına yol verən şəxslər saxlanılıblar
20:33 12 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda xarici vətəndaşı döyən şəxslər saxlanılıblar (29 May 2017 12:22)
"Süni qiymət artımına imkan verməyəcəyik" - Şahin Mustafayev (14 Aprel 2017 14:19)
"Süni qiymət artımına imkan verməyəcəyik" - Nazir (14 Aprel 2017 14:17)


Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması ilə bağlı təsdiq edilmiş birgə Tədbirlər Planına müvafiq olaraq belə hallara qarşı təxirəsalınmaz qabaqlayıcı və inzibati, habelə istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.
İSN-in və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinq zamanı “Giləzi – Quşçuluq Şirkəti” MMC, “Hacıqabul Quşçuluq Şirkəti” MMC və “Astel LTD” MMC–nin vəzifəli şəxsləri tərəfindən səlahiyyətlərindən sui-istifadə edərək yumurtanın pərakəndə satış qiymətinin bahalaşdırılması ilə istehlakçıların mənafeyinə mühüm ziyan vurulması halları müəyyən olunduğundan müvafiq materiallar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Toplanmış materiallar əsasında yanvarın 12-də fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda təqsirkar şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bundan başqa, Bakı şəhər sakininin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Bakının Nəsimi rayonunda Q.Quliyev küçəsi 31C ünvanında yerləşən “Alfa Med” MMC-nin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satılması müəyyən edilib. Cəmiyyətin anbarına baxış zamanı gömrük bəyannaməsi olmayan külli miqdarda dərman aşkarlanıb. Eyni zamanda, aşkarlanan 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatların Tarif Şurası tərəfindən müəyyən edilən qiymətlərdən baha satılması məlum olub.
“Alfa Med” MMC-nin ofisinə baxış zamanı bir sıra zəruri sənədlər, dərman nümunələri, həmin dərmanların müvafiq sənədləşmə olmadan satışının həyata keçirilməsi, müxtəlif şəxslər vasitəsilə qanunsuz satılması, şirkətdə qara mühasibatlığın aparılmasına dair mühüm əhəmiyyət kəsb edən kitablar və digər qeydlər aşkar edilərək götürülüb.
Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1-ci və 200.1-ci maddələri ilə cinayət işi başlanıb, “Alfa Med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və İ.Hüseynov şübhəli şəxs qismində saxlanılıblar. Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verməməyi tövsiyə edir və bu kimi hallara yol verən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirlərinin görüləcəkləri barədə xəbərdarlıq edir.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Aslanlar avtomobil yolunu belə bağladı - VİDEO

28 İyun 2017 17:53

Abşeronda piyadanı vurmaqda təqsirləndirilən şəxsin cəzası endirilib

28 İyun 2017 17:52

Ərəb şeyxi Rihannanı öpərkən yaxalandı

28 İyun 2017 17:52

Festivalın ikinci günü Şəki tamaşaçıları Yaponiya musiqi qrupunun konsertini izləyib (FOTO)

28 İyun 2017 17:50

Ukraynalı yarımmüdafiəçinin bir ayağı "Qalatasaray"da

28 İyun 2017 17:47

Əlikram Bayramov: “Həmin gün anam əlimdən tutub...”

28 İyun 2017 17:47

Sabirabad və Tovuz polisi xeyli narkotik bitki məhv edib

28 İyun 2017 17:44

Yayda dəbdə olacaq saç düzümü modelləri

28 İyun 2017 17:44

İrandan Amerikaya sərt XƏBƏRDARLIQ: “Odla oynayırsınız”

28 İyun 2017 17:43

Rəqqasə Oksananın yaraşıqlı məşhurla heç yerdə görmədiyiniz VİDEOSU

28 İyun 2017 17:42

Qənirə Paşayeva: Ermənistan Suriyadan qaçan ermənilərdən işğalçı siyasətini davam etdirmək üçün istifadə edir

28 İyun 2017 17:36

"Qalatasaray" iki transferi açıqladı

28 İyun 2017 17:33

"Səhərlər mənə düşmür, atamı, bacı və 2 övladımı itirdim" - Əlikram Bayramov - VİDEO - FOTO

28 İyun 2017 17:32

Tbilisidə Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

28 İyun 2017 17:29

Ştefan Şennak: "Avropa münaqişələrin həlli istiqamətində mühüm addımlar atmalıdır"

28 İyun 2017 17:27

Bankların 30%-i internet bankçılıq xidmətlərinə təsir edən təhlükəsizlik problemi yaşayıb

28 İyun 2017 17:27

Baş nazir: "Regionda böyük rol oynayan Azərbaycan Polşanın Şərq siyasətində mühüm yer tutur"

28 İyun 2017 17:27

Təyyarə qəzaya uğradı

28 İyun 2017 17:25

İlanların rəqsi - VİDEO

28 İyun 2017 17:23

Maradonaya fəxri ad təqdim olunacaq

28 İyun 2017 17:22

Prezident İlham Əliyev: "Beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycan fəal iştirak edir"

28 İyun 2017 17:17

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qaratəhlə kənd məktəbində idman kompleksi açılıb

28 İyun 2017 17:15

Deputatdan QƏRİBƏ TƏKLİF: xəyanət edən kişilər...

28 İyun 2017 17:13

Cazibədar aparıcıdan maraqlı açıqlama: "Onunla vətəndaş nikahımız var" - FOTO

28 İyun 2017 17:12

Baş nazir: Polşa Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində səylərini dəstəkləyir və yüksək qiymətləndirir

28 İyun 2017 17:08

Luçeskoya istədiyi təzminatı vermədilər

28 İyun 2017 17:07

Murad Dadaşov: "Elşad Xose ilə aramda olan..."

28 İyun 2017 17:07

"Rəmiş və Arif Quliyev meyvələrimin dadına baxırdı, pul vermirdi" - ETİRAF - VİDEO - FOTO

28 İyun 2017 17:05

Qənirə Paşayavadan ermənilərə sərt cavab

28 İyun 2017 17:04

Tramp gözəl müxbiri görüncə... - FOTO/VİDEO

28 İyun 2017 17:03

XƏRÇƏNG: Uşaqlarınızı telefondan uzaq tutun

28 İyun 2017 16:59

ETSN sosial şəbəkədə yayılmış videogörüntüyə münasibət bildirib

28 İyun 2017 16:57

Cəlilabadda mağaza yandı

28 İyun 2017 16:52

Gəncədə mis, latun oğrusu tutlub

28 İyun 2017 16:49

Arda Turanla sevgilisinin romantik tətili - FOTO

28 İyun 2017 16:47

"Zirə" azarkeşlərə nəqliyyat ayıracaq

28 İyun 2017 16:47

Bred Pitt o iddiaları təkzib etdi

28 İyun 2017 16:42

Çimərlikdə azyaşlı qıza TƏCAVÜZ: 5 suriyalı saxlanıldı

28 İyun 2017 16:38

Çinin CNPC şirkəti Şimali Koreyaya yanacaq satışını dayandırıb

28 İyun 2017 16:37

Luqanskda kəşfiyyat toqquşması: rus hərbçi əsir düşdü

28 İyun 2017 16:37

Məşhur aparıcılar niyə boşandı?

28 İyun 2017 16:30

Qadına 1 yaşlı uşağının ətini yedizdirdilər - ŞOK - VİDEO

28 İyun 2017 16:28

Bakıda 23-cü Dünya Tibbi Hüquq Konqresi keçiriləcək

28 İyun 2017 16:27

"Qarabağ"ın son sınaqçı-rəqibi də müəyyənləşdi

28 İyun 2017 16:27

DİQQƏT: Qazı qurtaran alışqanlarınızı ATMAYIN...

28 İyun 2017 16:18

Azərbaycanın daha 3 güləşçisi Avropa çempionatının finalına yüksəlib

28 İyun 2017 16:17

Avroliqa 50 oyunla başlayır

28 İyun 2017 16:17

Serbiyalı futbolçu klub prezidenti oldu

28 İyun 2017 16:17

Hadisə yenə kökəldi - FOTO

28 İyun 2017 16:12

Kökəlmək istəmirsinizsə, bunlara əməl edin

28 İyun 2017 16:12