Şagirdlər tolerantlılıqla bağlı maarifləndiriliblər

Şagirdlər tolerantlılıqla bağlı maarifləndiriliblər
20:33 12 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Bakıdakı 32 nömrəli tam orta məktəbdə “Mən tolerantlığı necə başa düşürəm” mövzusunda tədbir keçirilib. Tədbir şagirdlərin tolerantlılıqla bağlı maarifləndirilməsi məqsədilə təşkil edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə şagirdlərə tolerantlıq termini, tolerantlıq günü və bu günün yaranması tarixi barədə məlumat verilib. Qeyd edilib ki, bir çox millətlərin və dini konfessiyaların birlikdə dinc yaşamasının unikal nümunəsi olan Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma baş verməyib, burada həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər olub.
Sonra məktəblilər tolerantlıq mövzusunda şeir və mahnılar ifa edib, səhnəciklər göstəriblər.
Tədbirin sonunda “Biz birlikdəyik” mövzusunda aksiya keçirilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sagirdler_tolerantliliqla_bagli_maariflendirilibler-917907

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR