"Elektron hökumət" portalının xidmətlərindən istifadə edənləri sayı artıb

"Elektron hökumət" portalının xidmətlərindən istifadə edənləri sayı artıb
20:42 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Ötən ilin dekabr ayı ərzində "Elektron hökumət" portalı vasitəsi ilə 710981 dəfə elektron xidmətlərdən istifadə qeydə alınıb. Müxtəlif istiqamətləri əhatə edən 36 xidmətini portala inteqrasiya edən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) dekabr ayında xidmətlərin istifadə sayına görə liderdir. Dekabr ayında nazirliyin xidmətlərindən istifadə sayı 276588-ə çatıb. Bu barədə "Report" RYTN-dən əmlumat verilib.
Portal üzərindən 13 sosial xidmətini vətəndaşlara təqdim edən Dövlət Sosial Müdafiə Fondu isə liderlər siyahısında 2-ci yerdədir. Belə ki, ay ərzində qurumun təqdim etdiyi xidmətlərdən 238393 dəfə istifadə edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xidmətlərindən dekabr ayında 168584 dəfə istifadə edilib. Belə ki, ƏƏSMN tərəfindən təqdim olunan "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi" xidməti hər zaman aktual olan sosial yönümlü xidmət olaraq istifadə sayına görə daim liderlik edir.
Portalın operatorunun təşəbbüsü ilə qurumlararası informasiya mübadiləsi nəticəsində mümkün olan elektron arayışlardan dekabr ayı ərzində vətəndaşlar 19107 dəfə istifadə edib. 
İyun-iyul aylarında daha aktual olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətləri bütün qurumları qabaqlayaraq liderlik etdiyi halda, dekabr ayında bu qurumun xidmətlərindən nisbətən az, ay ərzində 7020 dəfə istifadə edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/elektron-hokumet-portalinin-xidmetlerinden-istifade-edenleri-sayi-artib-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR