7 yaşlı uşaq həyətlərində boğuldu

7 yaşlı uşaq həyətlərində boğuldu
20:47 12 Yanvar 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabadda bədbəxt hadisə baş verib. 

APA-nın məlumatına görə, hadisə yanvarın 12-də rayonun Məlikqasımlı kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı Dövran Vahid oğlu Qurbanov həyətlərindəki əncir ağacında yüyrük hazırlayarkən ehtiyatsızlıqdan kəndir onun boğazına keçib və yeniyetmə yerindəcə boğularaq dünyasını dəyişib. Onun valideynləri hadisədən xəbər tutanda isə artıq gec olub.

Məlumata görə, ailənin ikinci övladı olan Dövran birinci sinif şagirdi idi.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/397344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR