BDU-nun təkamül təlimi muzeyi yenilənib

BDU-nun təkamül təlimi muzeyi yenilənib
20:48 12 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetinin M.Axundov adına təkamül təlimi muzeyi yenilənib.
Muzeyin müdiri Yeganə Əliyeva AZƏRTAC-a bildirib ki, muzey yeni ekspozisiya və eksponatlarla zənginləşdirilib, burada yeni kompozisiyalar yaradılıb. Hazırda muzeydə 200-dək ekspozisiya və eksponat var. Onların 10-dan çoxu yenidir. Ekspozisiyaların bir çoxu bərpa olunub.
Azərbaycanın faunasını əks etdirən ekspozisiya və eksponatlar xüsusi bölmədə yer alıb. Burada 70-dək quş növünün (kəklik, qartal, tovuz, turac, ördək və s.) müqəvvaları nümayiş etdirilir.
Muzeyin kolleksiyaları biologiya fakültəsində yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BDU_nun_tekamul_telimi_muzeyi_yenilenib-917913

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR