Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İstanbuldakı partlayış nəticəsində həlak olanların çoxu Almaniya vətəndaşlarıdır

İstanbuldakı partlayış nəticəsində həlak olanların çoxu Almaniya vətəndaşlarıdır

Date: 12 January 2016 20:53


Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 12-də İstanbulun Sultan Ahmet meydanında terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində ölən on nəfərin böyük əksəriyyətinin Almaniya vətəndaşları olduqları müəyyən edilib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, hadisə ilə əlaqədar Türkiyənin Baş naziri Əhməd Davudoğlu Almaniya Kansleri Angela Merkelə telefon edərək başsağlığı verib.
Telefon söhbətində Əhməd Davudoğlu terrorun bütün ölkələri hədəf aldığını, beynəlxalq terror qruplaşmaları ilə qətiyyətli mübarizə aparılmasının vacibliyini bildirib. O, partlayış nəticəsində yaralanan Almaniya vətəndaşlarının müalicəsi üçün hər cür şərait yaradıldığını söyləyib. Baş nazir aparılan təhqiqatlar nəticəsində əldə ediləcək məlumatların Almaniya tərəfinə bildiriləcəyini də diqqətə çatdırıb.
Kansler Angela Merkel terrorla qətiyyətli və birgə mübarizə aparılmasının əhəmiyyətini vurğulayıb.
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayer də ölkəsinin Türkiyənin yanında olduğunu bildirib.
Suriya əsilli terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.


Tags:  İstanbuldakı partlayış nəticəsində həlak olanların çoxu Almaniya vətəndaşlarıdır


RƏYLƏR


Top news