İlham Əliyev yeni səfirlər təyin etdi

İlham Əliyev yeni səfirlər təyin etdi
20:56 12 Yanvar 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Nərgiz Qurbanovaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə N.Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev, həmçinin Murad Nizami oğlu Nəcəfbəylinin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Məmməd Bahəddin oğlu Əhmədzadənin isə Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncamlar imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Daşqın Məzi oğlu Şikarov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Nərgiz Qurbanova


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369538

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR