Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​"Real Madrid" klubu Roberto Karlosla danışıq aparır

​"Real Madrid" klubu Roberto Karlosla danışıq aparır

Date: 12 January 2016 21:07

Bakı. 12 yanvar. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu daha bir sabiq futbolçu ilə danışıqlar aparır. "Report"un İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Madrid klubu Zinəddin Zidanın baş məşqçi olmasından sonra Roberto Karlosu da komandaya cəlb etmək istəyir.
Artıq braziliyalı ilə danışıqlar aparılır və ilkin görüşmələr olub. Bu barədə Karlosun özü açıqlama verib: "Real Madrid"də işləmək mənim üçün şərəfdir. Klubdakı gələcəyimlə bağlı görüş keçirmişəm. İndi bir neçə boş günüm var. Cümə günü gələcəyimlə bağlı nələrsə öyrənəcəyik. İdman direktoru olmaq bir az çətindir. Mənim istədiyim Zidandan bir şeylər öyrənmək və ona məşqlərdə kömək etməkdir".
Qeyd edək ki, 1996-cı ildə "Real Madrid"ə transfer olan Roberto Karlos 11 il komandanın uğurları üçün çalışıb. Baş məşqçi kimi Rusiyanın "Anji", Türkiyənin "Akhisar" və "Sivasspor" komandalarında işləyib. Hazırda Hindistanın "Deli Daynamos" komandasının baş məşqçisidir.

Tags:  Real Madrid klubu Roberto Karlosla danışıq aparır


RƏYLƏR


Top news