Yaxşı eşidənlərə Allah müjdə verib

Yaxşı eşidənlərə Allah müjdə verib
21:22 12 Yanvar 2016
65 Digər
Ölkə mətbuatı
A- A+

O kəslər ki, tədqiqat əhlidirlər və təəssübkeşlik etmədən qulaq asmağı bacarırlar, ən yaxşı sözləri seçirlər:

1. Allah onlara müjdə vermişdir;
2. Onları hidayət olmuş adlandırmışdır;
3. Onları ağıl əhli ləqəbi ilə fəxrləndirmişdir.
"Hər bir itaətsiz batil qüvvədən və Allahdan qeyri məbuddan ona ibadət etməmək üçün çəkinmiş və Allaha tərəf qayıtmış kəslərə müjdə olsun! Buna görə də müjdə ver Mənim bəndələrimə!". ("Zumər" 17).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayədən də göründüyü kimi, bu insanların fikir və düşüncəsində məhdudiyyət yoxdur və o yerdə ki, haqq vardır - onu dəstəkləyirlər. Bununla yanaşı, yaxşı ilə ən yaxşı arasında ikincisini seçirlər. Onlar ən yaxşını istəyənlərdirlər.
Halbuki, bəzi dinlər öz davamçılarını düşünməkdən və təfəkkür etməkdən çəkindirir və bu işi qadağan edir. Ancaq İslam dini müjdəni o kəslərə verir ki, tədqiq əhli olsunlar, gözü bağlı hər sözü qəbul etməsinlər.
Bu ayə həm də söz azadlığına işarə edir. Belə ki, insanın azad olması və söz azadlığına malik olması zəruri mövzulardandır. Təbiidir ki, insan fikir azdlığı olan bir fəzada ən yaxşı sözləri eşidər və onları seçər.
İmam Əli (ə) buyurur: "Hikmətli danışıq - möminin itirdiyidir. Ona görə hikməti al, hətta nifaq əhlindən deyilmiş olsa belə".
Bu hədisin şərhində oxuyuruq:
- İslam dini başqalarının sözünün şərh edilməsindən narahat olmaz.
- Ağıl - batinin hüccətidir. Kor-koranə təqlid qadağandır.
- İnsan gərək başqalarının sözünü eşitməyi bacarsın və sinəsi geniş olsun.
- Yaxşını seçmək bərəkəti məhduddur.
- O kəslər ki, elmi və məntiqi cəhətdən ən yaxşı sözləri eşitməyi bacarır, yaxşı olmayanları eşitməyə layiq bilmir.
- Yaxşı olmaqla qənaətlənməyək, ən yaxşısının ardınca olaq.
Beləliklə deyə bilərik ki, dinimiz o kəslərə müjdə verir ki, araşdırma əhli olsunlar, başqa məzhəblərdən və başqa dinlərdən olan alimlərin də haqq sözlərini heç bir təəssüb çəkmədən qəbul etsinlər və özləri də yaxşı söz danışsınlar. Bu insanlar fikir azadlığına malik olduqları üçün həmişə ən yaxşısının ardınca olarlar. Yaxşı ilə ən yaxşı arasında ikincini seçərlər. Çünki onlar ən yaxşı sözün dəyərini bilən insanlardır. Çünki onlar eşitməyi bacaran insanlardır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR