Vergi Məcəlləsinə sadələşdirilmiş vergi ilə bağlı dəyişiklik sahibkarlığın inkişafına töhfə verəcək

Vergi Məcəlləsinə sadələşdirilmiş vergi ilə bağlı dəyişiklik sahibkarlığın inkişafına töhfə verəcək
21:28 12 Yanvar 2016
61 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Sahibkarlığın inkişafına töhfə verəcək daha bir addım Vergi Məcəlləsinə sadələşdirilmiş vergi ilə bağlı edilən dəyişiklikdir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən vergilər nazirinin müavini Sahib Ələkbərov deyib: “Azərbaycanda fəaliyyət göstərən 660 mindən çox vergi ödəyicisinin əlavə dəyər vergi ödəyicisi olanlarının sayı o qədər də çox deyil. Buna baxmayaraq biz vergi ödəyicilərinin iş şəraitini təmin etmək üçün belə bir təklif irəli sürdük ki, ictimai iaşə sahəsində və ticarətdə çalışan sahibkarlar sadələşdirilmiş vergi ödəyiciləri ola bilərlər”. Nazir müavini qeyd edib ki, keçən il məbləğ 120 min manat səviyyəsində idi. Məcəlləyə dəyişikliklər olunandan sonra bu il yanvarin 1-dən məbləğ 200 min manata qaldırılıb. Hətta dövriyyə 200 min manatı aşsa belə, həmin şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vergi_Mecellesine_sadelesdirilmis_vergi_ile_bagli_deyisiklik_sahibkarligin_inkisafina_tohfe_verecek-917927

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR