"Qalatasaray" millinin futbolçunu transfer etdi (FOTO)

"Qalatasaray" millinin futbolçunu transfer etdi (FOTO)
21:51 12 Yanvar 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" Norveç millisinin üzvü Martin Linnesi transfer edib.

ANS PRESS-in məlumatına görə, 24 yaşlı futbolçu bu gün İstanbula gələcək.

Linnesi gətirən təyyarə axşam saatlarında İstanbul hava limanında yerə enəcək. Sabah səhər həkim müayinəsində keçəcək sağ cinah futbolçusu daha sonra "Qalatasaray"ın Antalyadakı təlim-məşq toplanışına qatılacaq. Ötən ildən Norveçin əsas millisinə dəvət alan Linnes sağ cinah yarımmüdafiəçisi kimi çıxış edir və tez-tez hücuma dəstək verməsiylə tanınır.

"Molde"də meydana çıxdığı 98 oyunda 11 qola imza atıb. Lineslə digər İstanbul nəhəngi "Beşiktaş" klubu yaxından marağlansada "aslan"lar əzəli rəqibi ilə mübarizədə sonda qalib olmağı bacarıb.


Martin Linnes

Qeyd edək ki, bir neçə gün öncə "Qalatasaray" bu il ilk transferini rəsmiləşdirmişdi.İstanbullular 28 yaşlı Ryan Donku rənglərinə bağlayıb.

"Qalatasaray" bir müddət əvvəl danışıqlar apardığı hollandiyalı müdafiəçi üçün keçmiş klubu "Kasımpaşa"ya 2.5 milyon avro təzminat ödəyib. "Aslan"lar universal futbolçu ilə 2.5 illik müqavilə imzalayıb. Ryan Donkun "Qalatasaray" heyətində matç başına on beş min avro alacağı gözlənilir.


Ryan Donk

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369536

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR