"Sultan Əhməd" məşhur ulduzları yasa boğdu (VİDEO+FOTO)

"Sultan Əhməd" məşhur ulduzları yasa boğdu (VİDEO+FOTO)
22:03 12 Yanvar 2016
70 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda baş verən partlayış Türkiyə şou biznes nümandələrini yasa boğub. ANS PRESS-in məlumatına görə, dünyanın tanınmış türkləri sosial şəbəkədə başsağlığı veriblər.

“Barselona” klubunun ulduz futbolçusu Arda Turan #sultanahmet xeşteqi ilə başsağlığı verib.


Arda Turanın "İnstaqram" səhifəsi

Türkiyənin məşhur müğənnisi Sibel Can “İnstaqram” səhifəsində “Sultan Əhməddə baş verən hadisədə ölənlərə Allah rəhmət eləsin sağ qalanlara isə şəfa arzu edirəm. Yaxınlarına səbr və Allahdan güclü olmaqlarına arzu edirəm”, - deyə yazıb.


Sibel Canın "instaqram" səhifəsi

Ötən il Türkiyənin ən yaxşı müğənnisi seçilən Mustafa Ceceli “Terrora lənət olsun. Bəla onlara olsun” yazıb.


Mustafa Cecelin "istaqram" səhifəsi

Daha digər tanınmışlar sosial şəbəkədə başsağlığı verərək məyus olduqlarını bildiriblər.


İbrahim Tatlısəsin oğlu İdo


Məşhur aparıcı Dəniz Akkayanın "instaqram" səhifəsi

Bu gün səhər Türkiyənin İstanbul şəhərində, Sultan Əhməd məscidi qarşısında güclü partlayış olub. Son məlumata görə 10 ölü var. Ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan hadisəni Suriya əsilli kamikadzenin törətdiyini deyib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR