​BMT: "Dünyada mühacirlərin sayı 244 mln. nəfərə çatıb"

​BMT: "Dünyada mühacirlərin sayı 244 mln. nəfərə çatıb"
22:07 12 Yanvar 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Son 15 il ərzində dünyada miqrantların sayı 41 faiz artıb və 2015-ci ildə 244 milyon nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə BMT-nin məlumatında bildirilir.
Bu göstəricinin təqribən 20 milyonunu qaçqınlar təşkil edir. Beynəlxalq mühacirlərin say artımı dünya əhalisinin artım tempini üstələyir. Nəticədə 2015-ci ildə miqrantların planet sakinlərinin ümumi sayı arasında payı 2000-ci ilin 2,8 faizinə nisbətdə 3,3 faizə çatıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/bmt-dunyada-muhacirlerin-sayi-244-mln-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR