Almaniyada 200-dən çox aksiyaçı saxlanıb

Almaniyada 200-dən çox aksiyaçı saxlanıb
22:12 12 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 11-də Almaniyanın Leyptsiq şəhərində baş verən hərc-mrclik zamanı 200-dən çox adam saxlanıb.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Peqida hərəkatı Avropanın islamlaşmasına qarşı aksiya təşkil edib.

Aksiyaçılar sərhədlərin bağlanmasını və bütün qaçqınların ölkədən çıxarılmasını tələb ediblər.

Məlumatlara görə aksiya ümumilikdə dinc şəraitdə keçib.

Amma sonda qatı radikallar şəhərdə maşınları yandırmağa, pəncərələri sındırmağa və dönərxanalara basqın etməyə başlayıblar.

Bu barədə Qərb agentlikləri məlumat yayıb.

Polisin məlumatına görə, saxlananlar arasında onlara bəlli olan futbol azarkeşləri də var.

Yeni ail axşamı Köln polisinə qadınlara hücum edilməsi və onlara qarşı seksual zorakılıqla bağlı çoxsaylı şikayətlərdən sonra Almaniyada miqrantlara qarşı pis əhval yaranıb.

Şahidlər və polisin məlumatına görə hücum edənlər Ərəb və Afrika ölkələrindən olan miqrantlara bənzəyirmişlər.

Həmçinin ölkənin digər şəhərlərində polisə bu cür şikayətlər daxil olub.

Ötən il təkcə Almaniyaya 1 milyondan çox qaçqın gəlib.

Onların əksəriyyəti Suriya, İraq və Əfqanıstandandır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR