Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

70 yaşlı qoca Bakıda ölü tapıldı

70 yaşlı qoca Bakıda ölü tapıldı

Date: 12 January 2016 22:33

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonunda 1945-ci il təvəllüdlü Aleksandr Bodşivyavinin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Milli.az "Report"a istinadən xəbər verir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı 70 yaşlı qocanın vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 18:56-da başa çatıb.


Tags:  70 yasli qoca vefat etdi bakida 70 yasli qoca

RƏYLƏR


Top news