Aktual mövzular: Dollar alış-satışı , Məzənnə, Hava haqqında, Neftin qiyməti

​"Real" Roberto Karlosla danışıq aparır

​"Real" Roberto Karlosla danışıq aparır

Azerbaijan, Uzbekistan mull tourism cooperation (19 January 2017 11:46)
Neymar most valuable player in Europe - CIES Football Observatory study (17 January 2017 15:46)
Real Madrid break Barcelona's Spanish record as unbeaten run reaches 40 (13 January 2017 13:46)

Date: 12 January 2016 22:27

İspaniyanın "Real Madrid" klubu daha bir sabiq futbolçu ilə danışıqlar aparır.

Milli.az "Report"a istinadən bildirir ki, Madrid klubu Zinəddin Zidanın baş məşqçi olmasından sonra Roberto Karlosu da komandaya cəlb etmək istəyir.

Artıq braziliyalı ilə danışıqlar aparılır və ilkin görüşmələr olub. Bu barədə Karlosun özü açıqlama verib: "Real Madrid"də işləmək mənim üçün şərəfdir. Klubdakı gələcəyimlə bağlı görüş keçirmişəm. İndi bir neçə boş günüm var. Cümə günü gələcəyimlə bağlı nələrsə öyrənəcəyik. İdman direktoru olmaq bir az çətindir. Mənim istədiyim Zidandan bir şeylər öyrənmək və ona məşqlərdə kömək etməkdir".

Qeyd edək ki, 1996-cı ildə "Real Madrid"ə transfer olan Roberto Karlos 11 il komandanın uğurları üçün çalışıb. Baş məşqçi kimi Rusiyanın "Anji", Türkiyənin "Akhisar" və "Sivasspor" komandalarında işləyib. Hazırda Hindistanın "Deli Daynamos" komandasının baş məşqçisidir.


Tags:  real madrid roberto karlos real madrid zineddin zidan real madrid


RƏYLƏR


Top news