Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Kəmaləddin Heydərova böyük simpatiyam var"

"Kəmaləddin Heydərova böyük simpatiyam var"

Date: 12 January 2016 22:39

Xalq artisti Flora Kərimova fövqəladə hallar naziri Kəmaləddin Heydərovun onun üçün mahnı bəstələməsi xəbərinə münasibət bildirib.

Milli.az musavat.com-a istinadən bildirir ki, xalq artisti mahnıdan xəbərsiz olduğunu qeyd edib:

"Kəmaləddin bəyin mənə mahnı yazdığıını eşitmişəm. Dəqiq məlumatım yoxdur. Mən həqiqəti bilmədən açıqlama vermək istəmirəm. O birilər kimi məlumatım olmadan döşümə döymürəm ki, sonra elə bir şey olmadığı üzə çıxanda xar olum. Baba müəllimdən soruşun, o sizə dəqiq məlumat versin. Əgər mənim üçün mahnı yazılıbsa, sevə-sevə oxuyaram. Həmişə demişəm ki, Kamalın mahnısı inci kimi bir-birinə düzülüb. Onun mahnıları çox xoşuma gəlir, təbii ki, oxuyaram. Bundan əlavə bir insan kimi ona böyük simpatiyam var. Kəmaləddin bəy də, oğulları da vətənə bağlı insanlardır. Onun mahnısını həvəslə oxuyaram".

Səhhətindən danışan F.Kərimova özünü yaxşı hiss etdiyini bildirib: "Şükür Allaha ki, səhhətim yaxşıdır. Özümü yaxşı hiss edirəm".

Qeyd edək ki, şair Baba Vəziroğlu mətbuata açıqlamasında bildirmişdi ki, fövqəladə hallar naziri Kamaləddin Heydərov xalq artisti Flora Kərimova üçün mahnı bəstələyib. Mahnı gələn ayın sonuna kimi hazır olacaq.


Tags:  xalq artisti flora kerimova flora kerimova kemaleddin heyderov kemaleddin heyderov mahni beste

RƏYLƏR


Top news