Mila Filarmoniyada oxudu (FOTO)

Mila Filarmoniyada oxudu (FOTO)
17:31 30 Dekabr 2014
240 Şou
Ölkə mətbuatı
A- A+

İfaçı Məhbubə Kərimli (Mila) M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Səndən ilham alıram” adlı konsert proqramda çıxış edib.

ANS PRESS-in məlumatına görə, konsertdə Məhbubə Kərimliinin (Mila) ifasından başqa F.Əmirov adına Əməkdar Kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında bəstəkarlarımızın əsərləri səsləndirilib.

Onu da deyək ki, bədii rəhbər və baş dirijor xalq artisti Ağaverdi Paşayev, baletmeyster xalq artisti Cəmilə Bayramova, xormeyster Fəxrəddin Atayev olub. Konsert orkestrin və ansamblın xorunun ifasında Vasif Allahverdiyevin “Azərbaycan torpağıyam” mahnısı ilə başlanıb.

Gecəyə mahnı və rəqs ansamblının qızlardan ibarət rəqs qrupunun təqdim etdiyi Fikrət Əmirovun “Qavalla rəqs”i konsertə xüsusi ovqat qatıb.

Konsertdə xalq artisti Azər Zeynalov və digər sənət ustalarımızın çıxışları tamaşaçılara unudulmaz anlar bəxş edib.


























Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=317127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR