Türkiyəli model Seçkin Piriler kafelərdən birinin açılışına qatılıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, "Duman" qrupunun solisti Kaan Tangözedən boşanma ərəfəsində olan Seçkin jurnalistlərə maraqlı açıqlamalar edib. Belə ki, S.Piriler ona musiqiçi Kıvılcım Uralla xəyanət edən həyat yoldaşının boşanmaq istəmədiyini deyib:
"Kaan ayrılmaq istəmir, amma mən qərarımı verəcəyəm". Qeyd edək ki, Seçkinle Kaan 5 ildir, ailəlidir. K.Tangözenin K.Uralla öpüşərkən çəkilmiş fotosu yayıldıqdan sonra cütlük ayrılmaq qərarına gəlib.
Milli.Az