Xərçəng nəfəsə görə aşkarlanacaq

Xərçəng nəfəsə görə aşkarlanacaq
23:42 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Yaponiya alimləri xüsusi sensor hazırlayıblar ki, bu sensor insan verdiyi nəfəsinə əsaslanaraq xərçəng diaqnozunu qoymağa kömək edəcək.
Xarici mətbuatın məlumatlarına görə, tədqiqatlar Osaka Universitetinin alimləri tərəfindən aparılır.
Milli.Az saglamolun.fz-a istinadən bildirir ki, sensorun əsasını çox kiçik ölçüdə olan çip təşkil edir. Çip insanın nəfəsində olan birləşmələri təyin edib təxmini diaqnoz qoya bilər. Sensor smartfona qoşula bilər ki, insan öz sağlamlığına özü nəzarət edə bilər. Lazım olduqda insan yeni qurğu tərəfindən verilmiş məlumatı həkimə göndərə bilər.
Hal hazırda yeni qurğunun prototipi hazırdır. Alimlər təkmilləşmə işlərini aparırlar. Alimlərin fikirinə görə, sensor kiçik və ucuz olmalıdır. Həmçinin onun istifadə etmə qaydaları asan olmalıdır.
Alimlərin fikirinə görə, yeni qurğu 2022-ci ildən başlayaraq geniş istifadə oluna bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR